2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ruhani Trampı “naşı” adlandırdı

“Digər ölkələrin vətəndaşlarına verilən vizaları ləğv etmək siyasətə yeni başlayan şəxslərin görəcəyi bir işdir”.

Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşları ilə bağlı qəbul etdiyi qərarı şərh edərkən deyib.

Paytaxt Tehranda keçirilən bir mərasimdə danışan Ruhani Tramp administrasiyasının siyasət mövzusunda “naşı” olduğunu söyləyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bunlar siyasətə yeni başlayan şəxslərdir. Başqa bir aləmdən siyasət aləminə daxil olublar. Özləri üçün tamamilə yeni olan dünyanı anlayana qədər həm özlərinə, həm də başqalarına zərər verəcəklər”.

Prezident bildirib ki, bir neçə aylıq viza məhdudiyyətləri ilə xalqlar arasındakı əlaqələr qoparmaq mümkün deyil.

Xatırladaq ki, ABŞ prezidenti yanvarın 27-də imzaladığı fərman7 müsəlman ölkəsi – İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndən olan qaçqınların ABŞ-a buraxılmamasını nəzərdə tutur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button