2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rumıniyada hərbi vertolyot qəzasında 7 əsgər ölüb

Qəzaların Rusiyanın Ukraynaya təcavüzü ilə hər hansı bağlılığı haqda informasiya yoxdur

Saytların yığılması Saytlarin yigilmasi

Martın 2-də Rumıniyanın şərqində yoxa çıxmış qırıcını axtaran vertolyot qəza edib, yeddi rumıniyalı əsgər həlak olub. Məlumatı ölkənin müdafiə nazirliyi açıqlayıb.

IAR 330-Puma vertolyotunun aerodromun 10 kilometrliyində yerləşən Gura Dobrogeydə qəza etdiyi bildirilir.

Vertolyot yerli vaxtla axşam 8-də havaya qalxandan üç dəqiqə sonra radardan itmiş MiG 21 LanceR qırıcısını axtarırdı.

Vertolyotun və əsgərlərin qalıqları tapılıb. Müdafiə naziri Vasili Dinku yeddi heyət üzvünün həlak olduğunu bildirir.

Nazirliyin sözçüsü Konstantin Spanu qırıcının tapıldığını deyib. Amma Rumıniya mediasının danışdırdığı şahidlər təyyarənin radardan itdiyi ərazidə partlayış olduğunu söyləyiblər.

Spanu deyib ki, vertolyotun pilotu hava şəraitinin pis olması haqda məlumat verib, ona geri dönmək əmr edilib.

“Mümkün səbəbləri müzakirə etmək üçün tezdir. Yəqin ki, hava yaxşı olmayıb, amma indi buna şərh verə bilmərik”, – o, Digi24 televiziyasına deyib və iki təhqiqat komissiyasının yaradıldığını bildirib.

Qəzaların Rusiyanın Ukraynaya təcavüzü ilə hər hansı bağlılığı haqda informasiya yoxdur.

Rumıniya Prezidenti Klaus Yohannis yeddi əsgərin ölümünə görə başsağlığı verib.

24 saat” “
Rumıniyada hərbi vertolyot qəzasında 7 əsgər ölüb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button