2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rumıniyada seçkini sosialistlər udur


 

Rumıniyanın solçu Sosial Demokratları (PSD) parlament seçkisində hakim Milli Liberal Partiyadan (PNL) önə çıxır. Dekabrın 6-da keçirilmiş seçkidə bülletenlərin 99 faizinin sayıldığı bildirilir.

PSD-nin Deputatlar Palatası üzrə səslərin 29.8, Senatda isə 30.2 faizini qazandığı xəbər verilir. Avropa-pərəst PNL Deputatlar Palatasında 25.1, Senatda isə 25.5 faiz səs yığıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sağ-mərkəzçi USR-PLUS alyansı Deputatlar Palatası üzrə 14.5, Senatda 15 faiz səs yığa bilib.

Seçkinin sürprizi radikal sağ qanad Rumıniyalıların Birliyi Alyansı olub. Ötən il yaradılmış, Moldova daxil vahid Rumıniya dövləti ideyasını təbliğ edən bu partiya Deputatlar Palatası üzrə 8.7, Senat üzrə 8.8 faiz səs yığıb.

Avropa Birliyi üzvü olan bu ölkədə seçki Avropa-pərəst liberallara dəstəyin göstəricisi sayılırdı.  

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button