Now Reading:
Rumınyada NATO bazası

ABŞ müdafiə nazirinin müavini Robert Vork Rumınyada açılan hava hücumlarından müdafiə bazasının Rusiyaya qarşı yönəlmədiyini deyir.

O bunu mayın 12-də bazanın rəsmi açılışında çıxış edərkən deyib: “Bu heç vaxt Rusiyaya qarşı olmayıb.

Bu həmişə yaxın şərq regionundan Natonun müttəfiqləri və Avropadakı ABŞ qüvvələrinə doğru yönələn mümkün ballistik raketlərə qarşı olub”.

O həmçinin ölkəsinin bu sistemlərin xüsusiyyəti barədə Rusuyaya məlumat vermək və onunla kommunikasiyaya hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO mayın 12-də Rumınyada yeni hava hücumlarından müdafiə bazasının rəsmi açılışını edib.

Mərasimdə təşkilatın baş katibi Jens Stoltenberg də iştirak edib.

Bu Rusiyanın narazılığı fonunda baş verir.

Rusiya hesab edir ki, bu ona qarşı yönəlib və regionda strateji balansı pozur.

Mayın 13-də isə Polşada ikinci belə obyektin tikintisinə başlanacaq və bu 2018-ci ildə başa çatdırılmalıdır.

Həmçinin Rusiya buna cavab olaraq regionda hərbi iştirakını genişləndirir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.