2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rus biznesmenin 1 milyonluq rüşvət iddiası müxalifətçiyə baha başa gəldi

Qırğızıstanda müxalif “Ata Meken” Partiyasının tərəfdarları paytaxt Bişkekdə Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasının qarşısında aksiya keçirirlər.

APA-nın “Sputnik Kırqızstan” agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları partiyanın həbs edilən lideri Omurbek Tekebayevin azadlığa buraxılmasını tələb edirlər.

Qırğızıstan Baş Prokurorluğu O. Tekebayevi bu gün Bişkek aeroportunda saxlayıb. Partiya sədri rusiyalı biznesmen Leonid Mayevskinin ifadəsinə əsasən, dələduzluq və korrupsiyada günahlandırılır. Rusiyalı biznesmen Qırğızıstanda mobil şəbəkə operatorunun yaradılması ilə bağlı O. Tekebayev baş nazirin müavini olduğu dövrdə 1 milyon dollar rüşvət verdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Mitinqə Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva da gəlib. R. Otunbayeva O. Tekebayevin ölkənin müstəqilliyində və demokratiyanın inkişafında böyük rol oynadığını, hakimiyyətin müxalif lideri ev həbsinə buraxacağına ümid etdiyini söyləyib.

“Ata Meken” Partiyasının parlamentdəki fraksiyası parlamentin növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bunun üçün 40 deputatın imzası lazımdır

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button