2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rus deputatdan səfirin qətli ilə bağlı – Şok açıqlama

Suriya müharibəsini bitirmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı deputat Dmitri Qudkov paylaşıb. Moskvanın böyük tələyə düşdüyünü bildirən Qudkov dünyanın ciddi müharibə ərəfəsində olduğunu yazıb:

“Terrorçu Ankaradakı Rusiya səfirini “Hələbdən rədd olun” qışqırıqları altında öldürdü. 100 il əvvəl Birinci Dünya müharibəsinin də başlanğıcı belə görünürdü. “Hələbi unutmayacağıq, Suriyanı unutmayacağıq. Onlar təhlükədə olduğu müddət ərzində biz də təhlükəsizlikdə olmayacağıq. Buna cavabdeh olan şəxs cəzasını çəkəcək”, – deyə, qatil qışqırırdı. Bu, bütün geosiyasi vəziyyəti dəyişdirəcək gözlənilməz faktor idi. İndi elitadan kim hər kəsin qurban ola biləcəyi mənasız müharibəni davam etdirmək istəyir? Kim rejim üçün yeni şəhid olmaq istəyir? Biz özümüz başlayacaq böyük müharibənin tələsinə can atdıq. İndi istənilən siyasətçi, istənilən vətəndaşın başlıca hədəfi ölkəni bütün gücü ilə düşdüyü tələdən çıxartmaq olmalıdır. Ona görə ki, bundan sonrası böyük, çox böyük müharibə olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində qətlə yetirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button