2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rus təyyarəsində qəza yük artıqlığından baş verib

Keçən ilin dekabr ayında Suriyadakı rus əsgərlərinə konsert verməyə gedərkən Soçi yaxınlığında qəzaya uğrayan və 92 adama məzar olan Tu-154 təyyarəsi ilə əlaqədar qorxunc iddia ortaya çıxıb.

“Gazeta.ru”nun yazdığına görə, ən çox 98 ton yük tutumu olan təyyarəyə 110 ton yük vurulubmuş. Maraqlı bir iddia da təyyarənin təhlükəsizlik normalarına uyğun olaraq 99,6 ton ağırlıqla havalandığı, fasilə verdiyi Qara dəniz sahilindəki Adler limanında yükləməyə dair rəsmi qeydiyyatdan keçmədiyi ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Yük çoxluğu”nun səbəbi isə indi belə açıqlanır: “35,6 ton yanacaq tutumunun Moskvadan qalxarkən 24 tonu istifadə edilmiş, amma aradakı ağırlıq fərqi “daşıma yükü” olaraq nəzərə alınmış və təyyarə maksimum daşıma tutumuna çatmışdır. Adlerdəki fasilədə bu dəfə yanacaq tankına bərkitmə edilib 35,6 tona çatanacan arada 12 tonluq yük artıqlığı yaranmışdır.”

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button