2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rüşdinin fətvadan 33 il sonra bıçaqlanması

“Reuters” radikal islamla və dövlətin yürütdüyü mühafizəkar şəriət idarəçiliyi arasında xəttin aydın olmadığını yazır

Saytların yığılması Saytlarin yigilmasi

İranın mərhum Ayətullası Ruhulla Xomeyninin 1989-cu ildə Salman Rüşdinin “Şeytan ayələri” romanına görə ölüm fətvası uzun illər çoxsaylı liberal yazarları, mütəfəkkirləri qarabaqara izləyib. Söhbət yazıları İslam dini və Məhəmməd Peyğəmbərə qarşı küfr sayılanlardan gedir.

Ötən cümə günü Rüşdiyə Nyu Yorkda sui-qəsd cəhdi də nadir insident hesab oluna bilməz. İndiyədək əsasən Yaxın Şərqdə İslam dəyərlərini tənqid edən yazarlar, akademiklər, jurnalistlər oxşar təhdid və hücumlarla üzləşiblər.

Qətlə yetirilənlər, həbs olunanlar, şallaqlananlar, gizlənməyə, mühacirətə məcbur qalanlar olub. Son illərsə müsəlman silahlılar və cihad təbliğ edənlər sosial media vasitəsilə bütün dünyada müsəlmanları islamı və peyğəmbəri “ləkələyənləri” öldürməyə təşviq edirlər.

Fətvanı ali dini lider, dini orqan, üləmalar şurası verir, bir çox məsələləri, o cümlədən fərdləri əhatələyə bilər.

İslamı, yaxud peyğəmbəri təhqir etdiyi deyilən şəxsləri öldürməyə çağıran fətvalar da verilir. “Reuters” agentliyi fətvalara vaxt məhdudiyyəti qoyulmadığını, nadir hallarda ləğv edildyini yazır.

Xomeyni Rüşdinin kitabını küfr elan edərək onun başına mükafat qoyandan 33 il sonra yazar Nyu Yorkda bir neçə dəfə bıçaqlandı.

24 yaşlı, Livan əsilli şiə müsəlman amerikalı Hadi Matar adam öldürmək cəhdində ittiham olunsa da, özünü təqsirli bilməyib.

Son otuz ildə milyonlarla ardıcılı olan bir sıra sünni müsəlman din xadimləri də kafir hesab etdikləri müsəlmanlara qarşı ölüm fətvaları çıxarıblar. Bu fətvaları təlim görmüş silahlılar, gizli agentlər, yaxud dini liderin çağırışına cavab vermək, dini borcunu yerinə yetirmək istəyən tərəfdarlar icra ediblər.

1994-cü il oktyabrın 14-də müsəlman ekstremist misirli Nobel mükafatı laureatı Naqib Mahfuzu boynundan bir neçə dəfə bıçaqlayıb. Fətvanı Əl-Qamaa Əl-İslamya (İslam Qrupu) qruplaşmasının sünni lideri Ömər Əbdül-Rəhman vermişdi.

Əbdül-Rəhman fətvanı özü Nyu Yorkda bomba sui-qəsdinə görə ABŞ həbsxanasında mühakimə olunarkən verib. O bildirib ki, Mahfuzun qanı axıdılmalıdır, çünki onun 1959-cu ildə yazdığı “Xiyaban uşaqları” romanı islama küfrdür.

Mahfuzu öldürmək cəhdinə görə saxlanmış şəxs Misir polisinə deyib ki, onun kitablarını heç oxumayıb, vaizin fətvasına uyğun hərəkət edib.

“Reuters” radikal islamla və dövlətin yürütdüyü mühafizəkar şəriət idarəçiliyi arasında xəttin aydın olmadığını yazır.

Qərbə müttəfiq ərəb hökumətləri öz dini qurumlarının fəaliyyətini məhdudlaşdıra, yaxud müsəlman radikalların ölüm siyahısına saldığı şəxsləri qoruya bilməyib.

Məsələn, Misirin ali dini orqanı olan Əl Əzhar Mahfuz hücuma məruz qalandan uzun müddət öncə onun kitabını qadağan edib, Məhəmməd Peyğəmbərin obrazını yaratmaqla islamı təhqir etməsini əsas gətirib.

1992-ci il iyunun 8-də Misirin liberal yazıçısı Faraq Fuda İslam Qrupunun iki üzvü tərəfindən öldürülüb. Əl Əzhar bu hücumdan öncə onu “İslamın düşməni”, “dönük” adlandırmışdı.

Səudiyyə Ərəbistanın məhkəmə sistemi isə şəriətə əsaslanır, hakimlər sünni islamın ultra-mühafizəkar vəhhabi məktəbini təmsil edən ruhanilərdir. Şəriətin vəhhabi təfsirində küfranlığa görə ölüm cəzası nəzərdə tutulur.

Səudiyyənin din xadimləri dəfələrlə “kafir yazılara” görə yazıçılara, bloger və fəallara qarşı məhkəmə qurulması, həbs və ölüm cəzasına çağırıb. Belə fətvalardan sonra sosial mediada ölüm təhdidləri səslənib. Bəzi yazıçılar yazdıqlarını silməyə, üzr istəməyə məcbur olub, məhkəmədə peşmançılıq dilə gətirib. Digərləri şallaqlanıb, həbsə atılıb.

24 saat” “
Rüşdinin fətvadan 33 il sonra bıçaqlanması
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button