2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Əfqanıstandakı Taliban hərəkatına praqmatik gözlə baxır

Baxmayaraq ki, Rusiya rəsmi olaraq Talibanı terror təşkilatı adlandırır, illərdir təşkilatın liderləri ilə əlaqə qurur və hətta onları Moskvaya belə dəvət edir.

Qərb dövlətləri ABŞ və NATO-nun Əfqanıstandan çıxışını narahatlıqla izləsə də, Rusiya nisbətən daha yumuşaq ton sərgiləyir.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia çıxışı zamanı bildirib ki, “Biz hazırda panikaya düşməyin gərəkli olmadığını düşünürük. Əsas məqam odur ki, geniş şəkildə mülki vətəndaşların qanının tökülməsinin qarşısı alınıb. Biz Əfqanıstandakı bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa və məsələni sülh yolu ilə nizamlanmağa çağırırıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Moksva özü hələ 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etmişdi.

Onun qoşunları mücahidlər adı ilə tanınan islamçı üsyançılarla mübarizə aparan kommunist hökuməti dəstəkləmək üçün ölkəni işğal etmişdi. Bunun çox sürətli hərbi əməliyyat olacağı gözlənilsə də, 10 ilə yaxın davam etdi. Nəticədə sovetlər ölkəni tərk edəndən qısa müddət sonra kommunist rejim çökdü.

Bu gün isə Moskvanın daha praqmatik yanaşması var.

Atlantik Şurasından Mark Simakovsky hesab edir ki, “Moskva ortada yaranmış bir güc boşluğundan yararlanmağa olduqca həvəslidir və buna görə də onlar bölgədədirlər, onlar səfirliyini ordan geri çəkməyəcəklər. Onların Talibanı potensial olaraq ilk tanıyacaq ölkələrdən biri olacağını düşünürəm, lakin yenə də bu mümkün ehtimalda hələ ki, uzaq olduğumuzu düşünürəm”.

Rusiya həmçinin islamçı ekstremistlərin və döyüşçülərin Orta Asiyaya axının qarşısını almağa can atır və ümid edir ki, Taliban bölgəyə qanunsuz narkotik axınını məhdudlaşdıracaq.

Bu arada isə ABŞ-ın geri çəkilməsi Moskva üçün propaqanda hədiyyəsi oldu.

Simakovsky-nin bildirdiyinə görə “Və əlbəttə ki, Əfqanıstan ABŞ-ın zəifliyini göstərmək üçün Rusiyaya beynəlxalq baxımdan əhəmiyyət kəsb edir. Bu həm də Rusiya üçün Ukrayna və Venesuela eləcə də başqa yerlərdəki səylərində bir danışıq nöqtəsi və örnək olaraq önəmli şəkildə fayda kəsb edir”.

Son nəticədə aydın görünür ki, Moskva öz regional təsirini gücləndirmək üçün Amerikanın gedişindən sonra yaranan boşluğu doldurmağa ümid edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button