2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya 100 ildə ilk dəfə…

İyunun 27-nə keçən gecə Rusiya xarici valyutada olan suveren borcuna görə defolta yol verib. Bu barədə “Bloomberg” xəbər verib. Agentliyin yazdığına görə, bu, Rusiya ilə bağlı 1918-ci ildən bəri birinci dəfə baş verib. Amma Moskva defolt iddialarını rədd edir.

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 26-da dövlət səhmləri üzrə 100 milyon dollar vaxtı keçmiş ödəmələrə görə güzəşt müddəti başa çatıb. Güzəşt müddətin bitməsi defolt deməkdir, – agentlik bildirir.

“Bloomberg” hesab edir ki, “bu, ölkənin sürətlə iqtisadi, maliyyə və siyasi izqoya çevrilməsinin kədərli əlamətidir”. Agentlik izah edir ki, Mərkəzi Bakın valyuta ehtiyatları dondurulub, iri banklar isə dünya maliyyə sistemindən təcrid olunub. Amma vurğulanır ki, defolt, əsasən, rəmzi xarakter daşıyır və rusiyalılar üçün az şey deməkdir.

Rusiyanın Maliyyə naziri Anton Siluanov isə indiki halda defolt termininin işlədilməsini “fars” adlandırıb.

Rusiya deyir ki, istənilən hesabı örtmək üçün onda vəsaitlər var. Ötən həftə Moskva bildirib ki, ödənilməmiş dövlət borcunu rublla qaytaracaq, çünki xarici valyuta ilə bağlı hazırkı durumu Qərb süni şəkildə yaradıb.

Bundan öncə ABŞ Maliyyə Nazirliyi Rusiyaya suveren borcunu xarici valyutalarla qaytarmağa imkan verən lisenziyanı mayın 25-dən sonra uzatmaqdan imtina edib. Buna cavab olaraq Rusiya Maliyyə Nazirliyi xarici borcunu rublla ödəyəcəyini bəyan edib. Nazirlik avrobondlar üzrə ödəmələrlə bağlı Milli Hesab Depozitarisinə 12 milyard rubldan çox vəsait köçürdüyünü açıqlayıb. Qurumdan bildirildiyinə görə, bununla da öhdəliklər tam həcmdə icra olunub.

Martın 5-də Rusiya prezidenti valyuta ödəmələrinin rublla keçidinin mümkünlüyünə dair sərəncam imzalayıb. İyunun 2-də Vladimir Putin avrobondlar üzrə rubbla ödəmələrin mexanizmi haqqında daha bir sərəncam vermişdi.

Rusiya Federasiyasının xarici borcunun 40 milyard dollardan çox hissəsi Amerika və Avropa valyutaları ilə göstərilib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button