2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiya 27 ölkənin daxili işlərinə qarışıb

Alman Marşall Fondu yanında Demokratiyanı Müdafiə Alyansının gəldiyi qənaətə görə, Rusiya 27 ölkənin daxili işlərinə qarışıb.

Məlumatı «USA Today» qəzeti dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

2004-cü ildən bəri Rusiya, ən azı, 27 Avropa və Şimali Amerika ölkəsinin daxili işlərinə qarışıb. Bu zaman o, kiberhücumlardan tutmuş dezinformasiyaya qədər ən müxtəlif üsullara əl atıb.

MÜDAXİLƏNİN BAŞLANMASI VƏ YAYILMASI

Alyansın apardığı təhlil göstərib ki, müdaxilə qərbyönlü keçmiş sovet respublikalarından başlayıb və daha sonra Qərbi Avropaya yayılıb.

Qurumun hesabatında deyilir ki, son zamanlar bu müdaxilə Kanada və Birləşmiş Ştatlara da toxunub. Hazırda ABŞ-da Konqres və xüsusi müstəqil prokuror Rusiyanın 2016-cı ildə keçirilmiş prezident seçkisinə mümkün müdaxiləsini araşdırmaqla məşğuldur.

Demokratiyanı Müdafiə Alyansı (Alliance for Securing Democracy) ABŞ və Avropa arasında münasibətlərin inkişafına çalışan qeyri-kommersiya təşkilatıdır.

«MƏSƏLƏ DURDUĞU YERDƏ ORTAYA ÇIXIB»

Alyansın direktoru Laura Rosenberger qeyd edib ki, Rusiyanın ABŞ və digər ölkələrdəki davranış modelləri oxşardır.

«Onların fərqli yerlərdə demokratik təsisatları sıradan çıxarmaq üçün istifadə etdikləri alətlər dəsti var. Bir çox amerikalılardan ötrü Rusiyanın Amerikada keçirilən seçkilərə müdaxiləsi məsələsi bir növ durduğu yerdə ortaya çıxıb. İnsanların çoxuna Rusiyanın 10 ildən artıq müddət ərzində belə şeylərlə məşğul olması inanılmaz gəlir», – deyə o bildirib.

Demokratiyanı Müdafiə Alyansının ekspertləri sözügedən təhlilin nəticələrinə dair hesabatda Rusiyanın müdaxiləsinə məruz qalmış ölkələrin siyahısını da dərc ediblər. Siyahıya Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Böyük Britaniya, Monteneqro, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsveç, İspaniya, İtaliya, Kanada, Kipr, Latviya, Litva, Macarıstan, Makedoniya, Moldova, Norveç, Polşa, Portuqaliya, Türkiyə və Ukrayna daxildir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button