Now Reading:
Rusiya ABŞ-a nüvə müharibəsində uduza bilər

Rusiya ABŞ-a nüvə müharibəsində uduza bilər

Bundan başqa, Amerika Rusiyaya gizli nüvə zərbəsi endirməyə də qadirdir

“ABŞ ordusu Rusiyanın ballistik raketlərini havada zərərsizləşdirə bilər. Bunun üçün Amerika ordusu kifayət qədər təchiz olunub. Gələcəkdə isə ABŞ ordusunun bu istiqamətdə imkanları daha da artacaq. Bundan başqa, Amerika Rusiyaya gizli nüvə zərbəsi endirməyə də qadirdir”.
Belə bir təxminlərlə Rusiyanın Baş Qərargahının rəsmiləri çıxış edib. Amma Federasiya Şurasında bu qəaətdədirlər ki, ruslar üçün heç bir təhlükə yoxdur və situasiya tam nəzarət altındadır.
“ABŞ-ın raketdən müdafiə sisteminin hazırda Rusiya və Çinin ballistik raketlərinin qarşısını almaq potensialı var. Amerika Rusiya və Çinin strateji nüvə qüvvələrinə potensial təhlükə yaradır”, bu sözlər Rusiya Baş qərargah rəhbərinin birinci müavini, general-leytenant Viktor Poznixirə məxsusdur.
Daha bir çıxışçı Rusiyanın hava-kosmik müdafiə qoşunlarının Mərkəzi Elmi-Tədqiqat İnstitutunun rəhbəri, general Sergey Yaqolnikov isə deyib ki, ABŞ-ın müdafiə sistemi Rusiyanın qitələrarası ballistik raketlərini uçuşunun 150-ci saniyəsində vurmağa qadirdir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.