2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiya: “ABŞ-ın diplomatik nümayəndəlikləri bağlaması düşmənçilik aktıdır”

Moskva Vaşinqtonun Rusiyanın üç diplomatik nümayəndəliyinin bağlanması qərarına yenidən baxmasını tələb edərək, bu addımı “düşmənçilik aktı” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz baş verənləri Vaşinqton tərəfindən açıq düşmənçilik aktı və beynəlxalq qanunun kobud şəkildə pozulması kimi dəyərləndiririk”, Rusiya Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda bildirilir.

“Biz Amerika rəsmilərini fikirlərini dəyişməyə və Rusiyanın diplomatik əmlakının dərhal qaytarılmasına çağırırıq. Əks təqdirdə bizim ölkələrimiz arasında münasibətlərin pisləşməsinin davam etməsinin məsuliyyəti bütünlüklə ABŞ-ın üzərinə düşəcək”, bəyanatda bildirilir.

ABŞ Dövlət Departamenti şənbə günü bildirib ki, Rusiya tərəfindən boşadılmış bütün üç diplomatik nümayəndəlik binasının nəzarətini ABŞ hökumətinin müraciəti əsasında öz üzərinə götürüb.

Dövlət Departamentinin rəsmisinin şənbə günü göndərdiyi emaildə bildirilir ki, binaların hamısında Rusiya Xarici İşlər nazirliyinin bəyanatında göstərildiyi kimi məcburi axtarış deyil, Rusiya rəsmiləri ilə birlikdə təftiş aparılıb.

Kreml Vaşinqtonu hədələmə taktikası işlətməkdə ittiham edib və Federal Təhqiqatlar Bürosunun rəsmilərinin binalardan birinin qapısını sındırmaqla təhdid etdiyini iddia edib.

Paytaxt Vaşinqtondakı bina Birləşmiş Ştatlar və Rusiya arasında son aylar diplomatik qarşıdurma ilə əlaqədar ABŞ-da bağlanan üç obyektdən biridir. Rusiyanın San Fransiskodakı baş konsulluğu və Nyu Yorkda ticarət nümayəndəliyi də Vaşinqtonun tələbi ilə bağlanıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button