2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya ABŞ-ın İran embarqosunu uzatmaq cəhdinin qarşısını alacağını deyir


Rusiyanın BMT-dəki səfiri deyib ki, Moskva Vaşinqtonun İrana qarşı mövcud silah embarqosunun müddətinin uzadılması və Tehran üzərinə BMT sanksiyalarının qoyulması istiqamətində bütün səylərinə qarşı çıxacaq.

Vassily Nebenzia mayın 12-də bunu da əlavə edib ki, Birləşmiş Ştatlar oktyabr ayında başa çatan bu embarqonun müddətinin uzadılmasında çətinlik çəkəcək, çünki Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna malikdir.

Birləşmiş Ştatlar Tehran üzərinə qoyulmuş adi silahlar embarqosunun qeyri-müəyyən müddətdə uzadılmasına çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ dövlət katibi Mike Pompeo demişdi ki, Birləşmiş Ştatlar embarqonun uzadılması üçün imkanındakı bütün vasitələrdən istifadə edəcək.

 

ABŞ-ın nüvə sazişindən çıxması ona problem yaradıb

ABŞ rəsmilərinin və diplomatlarının sözlərinə görə, Təhlükəsizlik Şurasında dövriyyə edilmiş qətnamə layihəsində əsas vurğu embarqonun 2015-ci ildə İran və dünyanın 6 gücü arasında imzalanmış sazişə bağlı olmasına edilir.

Başqa sözlərlə, Vaşinqtonun qənaətinə görə İran 2015-ci il sazişinin tərəfi kimi qaldıqca bu embarqo başa çata bilməz.

Lakin problem bundan ibarətdir ki, Trump 2018-ci ildə ABŞ-ı birtərəfli qaydada 2015-ci il nüvə sazişindən çıxarıb, amma indi Vaşqinton embarqonun uzadılması üçün tərk etdiyi həmin sazişi əsas gətirir.

Nebenzia isə deyib ki, embarqo nüvə sazişin “yan məhsuludur” və Tehranı sanksiyaların qaldırılması müqabiləndə nüvə proqramını məhdudlaşdırmağa təhkim etmişdi.

Səfir deyib ki, Rusiyanın mövqeyinə görə həmin embarqonun müddəti qarşıdan gələn oktybarda bitir.

 

Nebenzia Vaşinqtonun iddiasını “gülünc” adlandırır

Hazırda koronavirus pandemiyası ilə əlaqədar bağlı rejimdə işləyən BMT-də Nebenzia müxbirlərlə videokonfrans vasitəsilə təmasda olub.

O jurnalistlərə deyib ki, ABŞ-ın guya hələ də 2015-ci il sazişinin tərəfi olduğunu iddia etməsi “gülüncdür”.

Bu sazişdə tərəflərin, İran qaydaları pozarsa, “geriyə çəkilmə” mexanizmi kimi hüquqları var. Amma Trump ABŞ-ı 2018-ci ilin müqaviləsindən rəsmi şəkildə və birtərəfli qaydada çıxarıb.

Nebenzia deyib ki, sözü gedən mexanizmdən istifadə üçün ABŞ nüvə sazişinin tərəfi olmalıdır, “amma Vaşinqton 2018-ci ilin 8 mayında bu razılaşmadan çıxdığını qürurla bəyan edib və qapını da çırparaq gedib”.

Nebenzia bunu da yada salıb ki, nüvə sazişindəki “geri çəkilmə” mexanizmindən istifadə Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda keçirdiyi müntəzəm nüvə təftişlərinə son qoyardı.

 

Vaşinqtonun arqumentləri

Burası da var ki, ABŞ nüvə sazişindən çıxdıqdan sonra, İran da saziş üzrə öhdəliyinin mühüm şərtlərini pozub.

İndi Vaşinqton İranın məhz bu addımlarından fürsətlənməyə çalışır.

ABŞ Dövlət Departamenti həm də bunu əsas gətirir ki, Vaşinqton nüvə sazişini tərk etsə də, onu qətnamə ilə qəbul etmiş BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qalır.

2015-ci ilin sazişində Birləşmiş Ştatların adı hələ də tərəf kimi qalır, lakin Rusiyadan başqa ölkələr də vurğulayırlar ki, Trump bu sazişdən nümayişkəranə şəkildə çıxıb.

İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 12-də BMT-nin baş katibi Antonio Guterres-ə yazdığı məktubda bildirir ki, Birləşmiş Ştatlar 2015-ci il sazişindən çıxmaqla bu saziş üzrə “bütün hüquqlarını” itirib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button