2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya ABŞ-la məhbus dəyişdirmək istəyir?


Rusiyadan yayılan xəbərlərdə deyilir ki, guya Rusiya və ABŞ rəsmiləri bu həftə Rusiyada 16 il müddətinə azadlıqdan məhum edilmiş amerikalı veteran Paul Whelan-ın ABŞ həbsxanalarında uzunmüddətli həbs cəzası çəkən iki rusiyalıya dəyişdirilməsi barədə danışıqlar aparırlar.

Rusiyanın Interfax xəbər agentliyi iyunun 17-də adının çəkilməsini istəməyən rəsmilərə istinadən bildirib ki, Moskva Vaşinqtondan Viktor Bout və Konstantin Yaroshenko-nu istəyir.

Beləliklə, bu xəbərlərə görə Moskva bir amerikalı əvəzinə iki rusiyalını almaq niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

“Ölüm taciri”

Şərhçilərin fikrincə, Interfax-ın bu xəbəri Rusiya rəsmilərininn Whelan-ın məhkum edilməsinə Birləşmiş Ştatlarda həbsxana cəzası çəkən rusiyalıların geri qaytarılması üçün alış-veriş predmeti kimi baxdıqlarını göstərir.

Rusiya artıq illərdir ki, 2008-ci ildə Taylanddan Birləşmiş Ştatlara ekstradisiya edilmiş və orada silah alverçiliyinə görə məhbus edilmiş Bout-un azad olunmasına çağırır.

Bout-un ayamalarından biri də “ölüm taciri”dir.

Yaroshenko-ya gəlincə isə o, Birləşmiş Ştatlara kokain nəql etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Rusiya ədalətə əmtəə kimi baxır

Whelan iyunun 15-də məhkum ediləndən dərhal sonra onun vəkili Vladimir Zherebenkov demişdi ki, bu hökm gözlənilən idi, çünki Moskvanın ABŞ-dakı məhbusları azad etdirmək niyyəti heç də gizli deyildi.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov da demişdi ki, amerikalılar belə bir təkliflə dəfələrlə müraciət ediblər.

Whelan-ın qardaşı David AzadlıqRadiosuna deyib ki, Rusiyanın Paul-u Bout və Yareshenko-ya dəyişmək istədiyinə o da inanır.

O deyib ki, bu, Rusiyanın bu məsələdə ədalətə əmtəə kimi yanaşmasını göstərir:

“ABŞ hökuməti aydın şəkildə bildirib ki, belə bir dəyiş-düyüşdə maraqlı deyil. Ona görə də beləbəyanatdan sonra onların bu sövdələşməni istəməsi mənim üçün çox təəccüblü olardı”.

David belə bir ehtimal da irəli sürüb ki, ola bilsin, Rusiya 2016-cı ildə ABŞ-da müsadirə edilmiş bir neçə diplomatik mülkün qaytarılmasını istəyə bilər.

Bu mülklər Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair iddialarla bağlı müsadirə olunmuşdu.

 

“Humanist addım”

Kremlin təyin etdiyi insan haqları ombudsmanı Tatyana Moskalkova deyib ki, onun belə bir danışıqların getməsindən xəbəri yoxdur, amma bütün hallarda rusiyalı məhbusların vətənə qayıtması “humanist addım” olardı.

50 yaşlı Whelan-ın Britaniya, Kanada və İrlandiya vətəndaşlığı var. O, məhkəmədə son bəyanatında bir daha günahsız olduğunu demişdi.

Whelan 2018-ci ilin dekabrında Moskvada həbs olunub. Prokurorlar onun üstündən tapılan yaddaş kartında məxfi informasiyanın olduğunu iddia ediblər.

Whelan isə deyir ki, diski onun üstünə atıblar və həbsi siyasi motivlidir. O, həbsxana nəzarətçilərini pis rəftarda ittiham edirdi.

Məhkəmə dəlildə məxfi materiallar olduğundan qapalı keçirilib. Digər səbəbsə koronavirus pandemiyasına görə görülən karantin tədbirləridir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button