2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya ABŞ-la nüvə danışıqlarına Britaniya və Fransanın da qoşulmasını istəyir

Rusiya bildirib ki, Moskva Birləşmiş Ştatlarla nüvə silahlarına nəzarət üzrə daha genişformatlı danışıqlarda Britaniya və Fransanın da iştirakını istəyir.

Bundan əvvəl hələ keçmiş prezident Donald Tramp Rusiya ilə danışıqlara Çinin də qatılmasını tələb edirdi. Lakin Pekin bundan birmənalı şəkildə imtina etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov iyulun 29-da deyib ki, silahlara nəzarət danışıqlarının çərçivəsinin genişləndirilməsi qaçılmazdır və Moskva bu mənada Britaniya və Fransanı də potensial danışıq tərəfi kimi görür.

Antonovun bu barədə şərhi Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilib:

“Bu məsələ Londonun nüvə başlıqlarını maksimum həddə 40 faiz artıraraq 260 vahidə çatdırmaq barədə bu yaxınlarda qəbul etdiyi qərarla daha da aktuallaşıb”.

Səfirin bu bəyanatından bir gün əvvəl Cenevrədə ABŞ və Rusiyanın yüksək vəzifəli rəsmilərinin arasında nüvə danışıqları bərpa olunub.

Bu arada Rusiya xarici işlər nazirinin həm də nüvə danışıqlarına başçılıq edən müavini Sergey Ryabkov Interfax agentliyinə müsahibəsində xatırladıb ki, bir müddət əvvəl Birləşmiş Ştatlar danışıqlara Çinin cəlb olunmasını tələb edirdi.

Lakin burası da var ki, ABŞ və Rusiya bütün qlobal nüvə cəbbəxanasının 90 faizinə sahibdirlər.

2026-da sonra…

Cenevrədə keçirilən danışıqların dəqiq gündəliyi barədə açıqlama verilməsə də, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müzakirələrin “substantiv və peşəkar” olduğunu bildirib.

O əlavə edib ki, tərəflər sentyabrın sonlarında daha bir plenar görüşün keçiriləcəyi barədə razılığa gəliblər.

İki rəqib tərəf strateji stabillik məsələsinin Yeni START müqaviləsindən sonrakı dövrünün perspektivlərini nəzərdən keçirirlər.

Prezidentlər Co BaydenVladimir Putin bu müqavilənin müddətini 2026-cı ilədək uzatmaq barədə razılaşma əldə ediblər.

Yeni START müqaviləsi ilk dəfə 2011-ci ildə qüvvəyə minib. Bu müqavilə tərəflərə 1550 nüvə başlığı həddində limit qoyur.

Müqaviləyə görə strateji atış qurğularının sayı da 700-dən artıq olmamalı və bunlar qarşılıqlı audit edilməlidir.

Co Bayden və Vladimir Putin ötən ay “silahlara gələcək nəzarət və riskin azaldılması tədbirlərinə” dair dialoqa başlanmasına razılıq veriblər.

24 saat” “Rusiya ABŞ-la nüvə danışıqlarına Britaniya və Fransanın da qoşulmasını istəyir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button