Loading...
Loading...
Xəbərlər

Rusiya aviaşirkətləri Gəncə, Lənkəran və Naxçıvana yeni reyslər açmağı planlaşdırırlar

Bakı/26.01.22  Rusiya aviaşirkətləri Azərbaycanın müxtəlif şəhərlərinə reyslərin sayını artırmağı planlaşdırır, bu barədə Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov çərşənbə günü mətbuat konfransında bildirib.

Əsasən Rusiyanın 4 aviaşirkəti Moskva, Sankt-Peterburq və Mahaçqaladan Gəncə, Lənkəran və Naxçıvana reyslər açmağı planlaşdırır.

Səfirin sözlərinə görə, hazırda Rusiyanın doqquz aviaşirkəti iki ölkənin şəhərləri arasında həftədə 50-dən çox reys həyata keçirir.

Həmçinin Xəzərdə dəniz turizminin açılması istiqamətində də işlər aparılır. Bu məqsədlə Rusiyanın kruiz layneri su sınaqlarından keçir. Bu, Həştərxan vilayətində inşa edilmiş “Pyotr Velikiy” kruiz layneridir. Səfir ümidvar olduğunu bildirib ki, layihə artıq bu il işə salınacaq.

Boçarnikov 2020-ci ildə pandemiya səbəbilə yaranmış xarici ticarətdəki tənəzzülün aradan qaldırıldığını da qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ilin 11 ayının yekunları üzrə Azərbaycan-Rusiya qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,9 milyard dollar təşkil edib. Tərəflər 2021-ci ilin yekunları üzrə 2019-cu ildə olduğu kimi  3 milyard səviyyəsinə çıxa bilər.

Bununla yanaşı, o qeyd edib ki, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyalarının həcmi 4,2 milyard dolarla çatır.—06B

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun