2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiya Avropa Şurasından xaric edildi

Qərarda qeyd olunur ki, Rusiya Ukraynaya təcavüzü ilə həm də Rusiya xalqını dünyanın ən mükəmməl insan haqları müdafiəçisindən məhrum edib

Saytların yığılması Saytlarin yigilmasi

İtaliyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Luici Di Mayo, Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç martın 15-də bəyanatla çıxış ediblər:

“Avropa Şurasının liderləri kimi biz bir neçə dəfə Rusiyanın Ukraynaya qarşı təcavüzünü qətiyyətlə pisləmişik. Bu əssassız və səbəbsiz təcavüzə görə Nazirlər Komitəsi və Parlament Assambleyası Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının Avropa Şurasından çıxarılması proseduruna başlanması qərarına gəlib”.

Bəyanatda daha sonra deyilir ki, Parlament Assambleyası bu gecə Rusiyanın təşkilatın üzvlüyündən çıxarılmasına dair yekdil qərar qəbul edib.

Sənəddə qeyd olunur ki, Rusiya Ukraynaya təcavüzü ilə həm də Rusiya xalqını dünyanın ən mükəmməl insan haqları müdafiəçisindən məhrum edib.

Martın 15-də bu bəyanatla eyni gündə Rusiya Avropa Şurasından çıxdığını elan edib.

Bu barədə bəyanatı Parlament Assambleyasının keçmiş vitse-spikeri Pyotr Tolstoy verib.

Rusiya Avropa Şurasına 1996-cı ildən üzv idi.

Rusiya İnsan Haqları Konvensiyasından çıxır

Bu da xəbər verilir ki, mövcud qaydalara görə ölkə Avropa Şurasından çıxarıldığı elan edildikdən sonrakı ilin 1 yanvarından üzvlüyünü itirmiş sayılır.

Lakin Nazirlər Komitəsi hər hansı ölkəni Avropa Şurasından lazım bildiyi tarixdə və dərhal çıxarmaq səlahiyyətinə malikdir.

Bu arada Rusiya Dövlət Duması beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib ki, Rusiya Avropa Şurasından çıxmaqla, həm də Avropa İnsan Haqları Konvensiyasından çıxır.

Bu isə o deməkdir ki, Rusiya vətəndaşları bundan sonra Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edə bilməyəcəklər.

Başqa sözlərlə Rusiya bu məhkəmənin qərarlarını tanımayacaq.

Bu da qeyd olunmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsinin 15 mart tarixli qərarı elan olunanadək Rusiya AİHM-in qərarlarını icra edəcəyini bildirmişdi.

24 saat” “
Rusiya Avropa Şurasından xaric edildi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button