2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya Avropaya qaz kəmərini açır

Kəmər iyulun 11-dən illik təmir işlərinə bağlanmışdı

Saytların yığılması Saytlarin yigilmasi

İyulun 21-də Rusiya Almaniya ərazisindən Avropaya qaz tədarükünü bərpa edib. Şimal axını-1 qaz kəməri texniki xidmət üçün 10 günlük fasilədən sonra açılıb, ancaq qaz axınının kəmərin tam gücü qədər olmayacağı bildirilir.

Rusiyanın Ukraynadakı müharibəsinin yaratdığı gərginlik səbəbindən Almaniya rəsmiləri ehtiyat edirdilər ki, Şimal axını-1 kəməri yenidən açılmaya bilər.

Kəmər iyulun 11-dən illik təmir işlərinə bağlanmışdı.

“Nord Stream AG” operator şirkətinin məlumatına görə, iyulun 21-dən kəmərlə qaz axını bərpa olunur, ancaq həcmin artması bir müddət çəkə bilər.

Rusiyanın Gazprom şirkəti təchizatın kəmərin gücünün 30 faizi həcmində olacağını bildirib.

Şimal axını- 1 Almaniyaya Rusiya qazı nəql edən əsas mənbədir. Rusiya Avropanın ən böyük iqtisadiyyatının qaz təchizatının təxminən üçdə birini təmin edir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button