Loading...
Loading...
SEÇMƏ

Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırlaşır

Yayımlandı: 2 Sentyabr 2022 15:44

Bu, baş verərsə, qiymətlər aşağı düşə bilər

Rusiya əsas boru kəməri ilə Avropaya qaz tədarükünü bərpa etməyə hazırlaşır.

“Bloomberg” yazır ki, bu, bazarlara rahatlıq gətirəcək və qiymətlərin enməsinə səbəb olacaq. Baxmayaraq ki, qışda qaz tədarükünün dayanması ilə bağlı qorxular qalıb.

Almaniya soyuq aylarda Rusiya qazına ümumiyyətlə, arxalana bilməyəcəyini açıqlayıb.

Hökumət “Qazprom” PJSC-ni gələn ay təmir üçün yenidən dayandırmağa hazırlayıb.

“Qazprom” bildirib ki, “Şimal axını”nın giriş məntəqəsindəki yeganə işləyən turbinə hər 1000 saatdan bir texniki qulluq keçməlidir.

Növbəti yoxlamalar oktyabrın ortalarında olmalıdır.

“Tass” Xəbər Agentliyi yazır ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkənin qrafikə sadiq qaldığını açıqlayıb.

“Qazprom” texniki problemləri əsas gətirərək iyulda boru kəmərinin mövsümi təmirindən qısa müddət sonra “Şimal axını” ilə tədarükünü kəsib.

Qazın boru kəmərinə vurulmasına kömək edən yeganə işləyən turbinin yoxlanılması üçün axınlar dayandırılıb.

Meydan TV

Gözdən qaçırmayın:  DİN-dən “Berdzor” lövhəsini sındıran şəxslərin həbsi ilə bağlı açıqlama

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button