2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya Avropaya qaz tədarükünü tamamilə kəsərsə…

Yayımlandı: 12 İyul 2022 23:57

“Rusiya qazının Avropada əvəzedicisi yoxdur”

Rusiyanın Avropaya qaz tədarükünü tamamilə kəsəcəyi təqdirdə maliyyə bazarları üçün verilən proqnozlar ürəkaçan deyil.

Saytların yığılması Saytlarin yigilmasi

“Bloomberg” yazır ki, magistral boru kəmərinin 10 günlük texniki xidmətə bağlanması ilə daşımalar hazırda azaldılıb.

Moskvanın kranı yenidən açıb-açmayacağına dair qorxular artıb.

Bir çox investorlar sual verməyə başlayıb: Bu vəziyyət daha qədər pisləşə bilər?

Strateqlər bu suala ağlasığmaz ssenari qurub, ortaya konkret rəqəmlər qoymağa çalışıb.

Bildirirlər ki, qaz nəqlinin istənilən vaxta dayandırılması, tədarükün kəsilməsinin miqyası ölkələrin enerji rasionuna bağlıdır.

Hazırki durumda hər proqnoz ən yaxşı halda ehtimaldır.

“Liberum Capital”ın (kapital bazarı şirkəti) strategiya, mühasibat uçotu və davamlılıq şöbəsinin rəhbəri Joachim Klement isə deyir ki, hazırda naməlum olan Almaniya, Polşa və digər mərkəzi Avropa ölkələrində baş verəcək şokun bütün Avropada və dünyada necə əks-səda verəcəyidir:

“Çünki Rusiya qazının əvəzedicisi yoxdur”.

Bu həftə apardıqları təhlildə “UBS Group AG” (İsveçrədə təsis edilib – investisiya bankı və maliyyə xidmətləri şirkəti) iqtisadçıları Rusiyanın Avropaya qaz tədarükünü dayandıracağı təqdirdə nələrin baş verəcəyi ilə bağlı ortaya təfərrüatlı mənzərə qoyub.

Bildirirlər ki, bu, korporativ gəlirləri 15 faizdən çox azalda bilər. İqtisadçısı Arend Kapteyn isə deyir ki, bu proqnozlar təxmin kimi qəbul edilməməli, daha pis ssenari kimi görülməlidir:

“Daha mənfi artım nəticələrinə səbəb olan iqtisadi pozulmaları asanlıqla təsəvvür edə bilərik”.

Bazarlar artıq zərərin bir hissəsinin qiymətini müəyyənləşdirir.

Avro son iki onillikdə ən aşağı səviyyədədir və dollar paritetinin astanasındadır. Almaniya səhmləri iyun ayından bu yana 11 faiz dəyər itirib.

Bir çox investorlar deyirlər ki, “Şimal axını-1” boru kəmərində texniki xidmət iyulun 21-də başa çatdıqda Rusiyanın qaz təchizatını bərpa edəcəyinə inanmağa əsas var.

“Banque Syz”ın baş investisiya direktoru Çarlz-Henri Monçau isə bildirir ki, Avropa hazırda pis bir dairədə ilişib qalıb.

Yüksək enerji qiymətləri Avropa iqtisadiyyatına zərər vuraraq avronu aşağı salıb.

Onun sözlərinə görə, avronun zəifləməsi öz növbəsində enerji idxalını daha da bahalaşdıracaq.

Digər narahatlıq ondan ibarətdir ki, mərkəzi banklar onilliklərin ən yüksək həddində olan inflyasiya ilə iqtisadiyyata kömək etmək üçün çox şey edə bilməyəcəklər.

Rusiya illik təmir işləri ilə əlaqədar iyulun 11-dən “Şimal axını-1” kəmərilə Almaniyaya təbii qaz tədarükünü 10 gün müddətinə dayandırdığını bildirib.

Ancaq Almaniyada bəziləri Kremlin Berlini Ukraynaya dəstəyə görə cəzalandırmaq üçün bu fasiləni uzatmağa səbəb tapacağını, yaxud bunu yaradacağından ehtiyatlanır.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan Berlin Kiyevə dəstək verib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button