2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Avropaya sata bilmədiyi qazı yandırır

Rystad Energy analitik mərkəzinin məlumatına görə Gazprom günə 4.34 milyon kubmetr qazı açıq havada yandırır. Bu, günə 10 milyon dollar ziyan deməkdir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya iqtisadi sanksiyalara görə Şimal Axını 1 kəməri ilə Avropaya sata bilmədiyi qazı böyük həcmlərdə yandırmaq məcburiyyətində qalıb.

BBC yazır ki, Gazprom şirkəti izafi qazın yandırılması əməliyyatını Leninqrad vilayətindəki Portovaya kompressor stansiyasında həyata keçirir.

Rystad Energy analitik mərkəzinin məlumatına görə Gazprom günə 4.34 milyon kubmetr qazı açıq havada yandırır. Bu, günə 10 milyon dollar ziyan deməkdir.

Alimlər və ekspertlər bu həcmdə qazın yandırılmasının regionda ekoloji vəziyyətə mənfi təsir göstərəcəyindən narahatdırlar.

Onların fikrincə, bu, Arktika buzluqlarının əriməsini sürətləndirə bilər.

Xəbər verilir ki, açıq havada yandırılan qazın alovunu hətta Finlandiyanın həmsərhəd kəndlərinin sakinləri də görürlər.

Qazın yandırılmasının əhəmiyyətli həcmdə isti yaratmasını peyklərlə qeydə almaq mümkündür.

Almaniyanın Britaniyadakı səfiri Migel Berger BBC-yə şərhində deyib ki, Rusiya Avropa İttifaqı ölkələrinin imtina etdiyi qazı yandırmaq məcburiyyətindədir, çünki ona müştəri tapmaq mümkün deyil.

Görünməmiş hadisə

Ekspertlər qeyd edirlər ki, qaz hasil edən şirkətlər vaxtaşırı müxtəlif texniki səbəblərdən qazın artıq qalan kiçik həcmlərini yandırırlar.

Lakin Portovaya stansiyasında yandırılan qazın həcmləri müqayisə olunmayacaq dərəcədə böyükdür.

Ohayodakı Mayami Universitetindən professor, peyk şəkilləri üzrə ekspert Cessika Makkarti BBC-yə deyib ki, bundan əvvəl heç vaxt qazın emal zavodunda bu həcmlərdə yandırılmasının şahidi olmayıb.

Professor Makkartinin sözlərinə görə Gazprom-un stansiyasından alov və istiliyin ayrılmasını peyklər hələ iyun ayından qeydə alıblar və istiliyin səviyyəsi indiyədək ifrat yüksək olaraq qalır.

Alimlər narahatdırlar ki, qazın bu həcmlərdə yandırılması Arktika regionundakı ekoloji vəziyyəti pisləşdirə bilər.

Onların təxminlərinə görə Gazprom atmosferə günə 9 min ton ağırlığında karbon qazı (CO2) buraxır, bu isə öz növbəsində arktik buzları və qarı çirkləndirə bilər.

Siyasi təzyiq vasitəsi

Portovaya kompressor stansiyası Rusiya qazını Almaniyaya nəql edən Şimal Axını 1 qaz kəmərinin “girişi” sayılır.

Rusiya qazı daha sonra Almaniyadan Avropa İttifaqının müxtəlif ölkələrinə paylanır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı Moskva üzərinə ağır iqtisadi sanksiyalar qoyub.

Aİ ölkələri Rusiyadan alınan enerji daşıyıcılarından maksimum imtina etməyə çalışırlar.

24 saat” “
Rusiya Avropaya sata bilmədiyi qazı yandırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button