ÖLKƏ

Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin görüşü olub

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill oktyabrın 13-də Moskvadakı Danilov monastrında Bütün ermənilərin Katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb. RİA Novosti-nin məlumatına görə, “dini müharibə ilə əlaqələndirmək cəhdlərinə birmənalı birgə cavab verməyə çağırıb”.

“Biz buraya çoxillik Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə yığışmışıq. Ümid edirəm ki, sizinlə birlikdə xalqlarımıza ən çox lazım olan düzgün sözləri tapacağıq”, – o vurğulayıb.

Patriarx Kirill daha öncə Paşazadə ilə göruşündə deyib ki, siyasi maraqlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin bir araya gəlməsinə mane olur. Bu səbəbdən də dini konfessiyaların təmsilçiləri danışıqlar prosesində üstün mövqedədirlər.

APA informasiya agentliyinin Moskva müxbiri artıq Patriarx Kirillin üçtərəfli görüşün yekununa dair bəyanat səsləndirdiyini xəbər verir.

Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Bu gün insanların bir-birinə inamını bərpa etmək, qonşuya hörmətlə yanaşmaq və qarşılıqlı yardıma hazır olmaq çox vacibdir. İtkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə, hərbi əsirlərin geri qaytarılmasına yardım etməyə çağırırıq. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır. Rus Pravoslav Kilsəsi özünə yaxın iki xalqın barışması üçün dua edir və Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”, – bəyanatda qeyd olunub.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsi və ətraf rayonlara nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button