Loading...
Loading...
Siyasətİqtisadiyyat

Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırdı

Rusiya Azərbaycana T-90C tanklarının tədarükü ilə bağlı bütün öhdəliklərini yerinə yetirib.

Bu barədə jurnalistlərə açıqlamasında “Uralvaqonzavod” ASC-sinin baş direktoru Oleq Siyenko deyib.

“Üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirdik”, – Siyenko TASS nəşrinin müvafiq sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90C tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərir.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır
Back to top button