2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Rusiya-Azərbaycan sərhədində 2 mindən çox TIR yığılıb – Səbəb nədir?

Rusiya-Azərbaycan sərhədinin “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində 2 mindən çox TIR yığılıb. Dağıstan mənbələri xəbər verir ki, yük maşınlarının bu növbəsinin səbəbi sərhəd-keçid məntəqəsində aparılan rekonstruksiya işləridir. Yaranmış vəziyyətlə bağlı Azərbaycana, oradan Gürcüstan və Türkiyəyə getmək üçün gözləyən sürücülərə alternativ marşrut təklif edilir-onlar Şimali Osetiyadakı “Yuxarı Lars” sərhəd-keçid məntəqəsindən istifadə edə bilərlər.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə sərhəd idarəsinin yaydığı məlumatda deyilir ki, hazırda “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsi öz imkanlarından 1,5 dəfə artıq yüklənmə ilə işləyir. Belə vəziyyətdə ötən ildən başlayaraq sərhəd-keçid məntəqəsinin rekonstruksiyası aparılır, eyni zamanda sərhəd-keçid məntəqəsi işini də davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

Yenidənqurma və genişləndirmə planı sərhəd qapısının buraxılış imkanlarını genişləndirməyə, sərhədi keçənlər üçün rahat şəraitin yaradılmasına hesablanıb. Plana əsasən yenidənqurmadan sonra sərhəd-keçid məntəqəsindən gün ərzində  4 mindən çox sərnişin, 730 minik, 630 yük maşını və 40 avtobus keçə biləcək.

Qeyd edək ki, “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsinin buraxılış imkanlarının məhdud olması səbəbindən hər il yay mövsümündə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan TIR-ların sərhədi vaxtında keçməsində problemlər yaranırdı, uzun növbələr meydana çıxırdı.

24 saat” “Rusiya-Azərbaycan sərhədində 2 mindən çox TIR yığılıb – Səbəb nədir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button