2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəmİqtisadiyyat

Rusiya Azərbaycanı Türkiyəyə görə “vurdu” – Sərhəd probleminin səbəbi

Rusiya ilə Türkiyə arasında münasibətlərin  pisləşməsi Azərbaycandan qonşu ölkəyə məhsul aparan fermerlərin işini çətinə salıb. Azərbaycandan min bir əziyyətlə yetişdirdiyi məhsulu qonşu ölkəyə aparanları Rusiya tərəfi geri qaytarıb. Azərbaycan tərəfi Rusiyanın qərarına öz qiymətini verib. Amma geri qayıdan məhsulun aqibəti necə olacaq?  Sərhəddən  başlayan problemin aqibəti ilə ANS TV-nin əməkdaşları maraqlanıb.

Xaçmaz gömrük idarəsinin Yalama gömrük postundan verilən məlumata görə, artıq 2 yük vaqonu geri qaytarılıb. Pomidorla dolu 4 vaqonunsa ölkəyə geri qaytarılması gözlənilir. Səbəb isə vaqonlardakı məhsulların müayinəsi aparılan zaman Rusiya tərəfinin həm də Türkiyə malları aşkar etməsidir. Lakin Yalama gömrük postunun rəsmisi deyir ki, bu sadəcə Rusiya tərəfinin ehtimallarıdır: «Rusiya gömrükçüləri məhsulların Türkiyə malı olduğunu isbat etmirlər, sadəcə olaraq, şübhələndikləri məhsulların olduğu vaqonları geri göndərirlər. Bundan başqa biz tərəfdən bütün məhsulların mənşəyini təyin edən sənədlər, həmçinin fitosanitar sertifikat təqdim olunduqdan sonra gömrük rəsmiləşməsi və vizual baxış həyata keçirilərək mallar yola salınr. Xaçmaz gömrük idarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsi məsələnin tezliklə həll olunması üçün müvafiq işlərə başlayıb».

«Şimal qonşumuzun apardığı ekpertizanı qeyri-peşəkar hesab edirik» – bu sözləri isə Kənd təsərrüfatı nazirliyi yanında dövlət fitosanitar nəzarət xidmətinin rəisi Camal Quliyev Xaçmaz gömrük idarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsində Rusiyadan geri qaytarılan mallarla bağlı məsələyə aydınlıq gətirərkən söylədi. Camal Quliyevin sözlərinə görə şiml qonşumuzla bu barədə dəfələrlə danışıqlar aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Sahibkarların narahatçılığına gəldikdə isə Dövlət Fitosanitar Nəzarət Xidmətinin sözlərinə görə, mallar soyuducuda ixrac olunur. Eyni zamanda, ekspertiza müddətində də şimal tərəfdə soyuducularda saxlanılır. Bu isə o deməkdir ki, heç bir məhsulun xarab olma ehtimalı yoxdur. Lakin sahibkaralara tövsiyyə olunur ki, ziyana düşməmək üçün məhsullar geri qaytarılan kimi daxili bazarlara satışa çıxarılsın.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button