2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya “Azov” alayını terror təşkilatı kimi tanıyıb

Yayımlandı: 2 Avqust 2022 16:47

Qərar hələ qüvvəyə minməyib

Rusiya Ali Məhkəməsi Ukraynanın “Azov” alayını terror təşkilatı kimi tanıyıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Ali Məhkəməsi qərarını avqustun 2-də elan edib.

Motivləri məlum olmayan qərar hələ qüvvəyə minməyib və ondan apelyasiya instansiyasına şikayət verilə bilər.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilib ki, prokurorluğun iddiasına baxılması qarşı tərəfin nümayəndələrinin iştirakı olmadan baş tutub:

“İclasın çox hissəsi bağlı qapılar arxasında keçirilib, jurnalistlər üçün yayım yalnız şahidlərin dindirilməsi mərhələsində açılıb. Rusiyalı hüquq müdafiəçiləri və jurnalistləri olan şahidlər məhkəmədə “Azov” yaraqlılarının cinayətləri ilə bağlı çoxsaylı faktlar barədə danışıblar. Məhkəmədə onlar qohumları “Azov” silahlıları tərəfindən öldürülmüş, oğurlanmış və ya işgəncələrə məruz qalmış Mariupol və Volnovaxa sakinlərindən topladıqları müsahibələri göstərdilər”.

Hazırda “Azovtsal”da nə qədər hərbçinin həlak olması barədə dəqiq say yoxdur.

İyunun 6-da Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əsirliyində “Azovstal”dan 2500-dən çox ukraynalı döyüşçü olduğunu açıqlayıb.

“Azov” alayı döyüşçüləri martın əvvəlindən Mariupol liman şəhərini müdafiə edib.

Sonra onlar Azovstal zavoduna sığınıb.

Mayın 16-dan döyüşçülər işğal altında olan Donbas ərazisinə çıxarılmağa başlanıb.

Bundan 5 gün sonra, mayın 21-də Rusiya Azovstal-ın tamamilə nəzarətə alındığını bildirib.

Həmin vaxt zavodda olan 2439 döyüşçünün əsir alındığı açıqlanıb.

Ukrayna döyüşçülərin bir gün dəyişdiriləcəyini, Rusiya tərəf isə onların etdiklərinə görə yarğılanacağını deyib.

2014-cü ildə könüllü batalyon kimi yaradılan “Azov” əsasən ifrat sağçı fəallardan təşkil edilib.

Sonradan neonasist olmadıqlarını bildirən əksər “Azov” döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil olub.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button