Loading...
Loading...
Dünya

Rusiya Azovstal-a hücumu bərpa edir

Ukrayna Baş Qərargahı mayın 6-da bildirib ki, Rusiya qüvvələri zavoda havadan zərbələr endirirlər

Rusiya qüvvələri Ukraynanın Mariupol liman şəhərindəki Azovstal polad zavoduna hücumu bərpa edib.

Zavodda 2 minədək döyüşçünün və yüzlərlə dinc sakinin qaldığı bildirilir. Həftənin əvvəlində Rusiya qüvvələri zavodun müdafiəsini yara bilib. BMT isə zavoddan daha bir təxliyənin gerçəkləşdiyini bildirir.

“Xeyli yaralı var, amma təslim olmurlar”

Ukrayna Baş Qərargahı mayın 6-da bildirib ki, Rusiya qüvvələri zavoda havadan zərbələr endirirlər.

“Xeyli yaralı var, amma təslim olmurlar. Onlar mövqelərini saxlayırlar”,Ukrayna Prezidenti Volodimir Zelenski mayın 5-də gecə çıxışında deyib.

Həftələrdir mühasirədə olan Mariupol küçə döyüşləri və bombardman nəticəsində dağıdılıb. Azovstal isə ukraynalı əsgərlərin son istehkamına çevrilib. Onlar şəhərin Rusiyaya tam təslim olmamasına çalışırlar.

Bu arada Rusiya Ukraynanın şərqi Donbas regionunda hücumu davam etdirir. Ukrayna qüvvələri Rusiyanın hərəkətini əngəlləyir, hətta bəzi əraziləri geri alır.

9 may gəlir

Rusiya Prezidenti Vladimir Putinin 9 may – nasist Almaniyası üzərində qələbənin ildönümündə Azovstal-da zəfəri elan etmək istədiyi haqda spekulyasiya var.

“Rusiyanın Azovstal-ı əlı keçirmək və Mariupolu tamamilə tutmaq cəhdini yenilməsi qarşıdan gələn 9 may Qələbə Günü tədbirləri, Putinin Ukraynada simvolik uğur qazanmaq istəyi ola bilər”, – Britaniyanın Müdafiə Nazirliyi mayın 6-da gündəlik bülletendə bildirir.

“Bu hücum Rusiyaya heyət, avadanlıq və sursat hesabına başa gəlir. Ukrayna Azovstal-da müqaviməti davam etdirdikcə Rusiyanın itkiləri cənubdakı Donbasda əməliyyat planlarını pozmaqda davam edəcək”, – nazirlik bildirib.

Mariupolun itirilməsi Ukraynanın Azov dənizi sahilində vacib limandan məhrum olması deməkdir. Rusiya eyni zamanda 2014-cü ildə ilhaq etdiyi Krım vilayətinə quru dəhlizi əldə edəcək, Donbasa və digər yerlərə göndərməyə əlavə əsgəri qüvvəsi yaranacaq.

Azovstal-da vəziyyət

Azovstal-da labirint formalı tuneldə gizlənmiş ukraynalılar isə sosial mediada video və foto yerləşdirir, beynəlxalq ictimaiyyətə müraciət edirlər.

Əsgərlər “müalicəsiz, ağrı içində ölürlər”, Azov alayının komandir müavini, kapitan Svyatoslav Palamar mayın 5-də videomüraciətində deyib. O, dinc sakinlərin və yaralı döyüşçülərin çıxarılması üçün beynəlxalq ictimaiyyətdən kömək istəyib.

BMT-nin mayın 5-də bildirdiyinə görə, dinc sakinlərin evakuasiyası üçün daha bir əməliyyat aparılır.

“Üçüncü əməliyyat aparılır, ancaq mümkün uğura zərbə vurmamaq üçün başa çatmadan detalları danışa bilmərik”, – Baş katib Antonio Quterres Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasının iclasında deyib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk da mayın 6-da yeni evakuasiya cəhdinin planlaşdırıldığını bildirib.

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun