2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi öldü

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Korobov vəfat edib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. O, uzun sürən ağır xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İqor Korobov 1956-cı ilin avqustun 3-də Rusiyanın Vyazma şəhərində anadan olub. O, 1973-cü ildən Silahlı Qüvvələrdə xidmət edib.

1985-ci ildə Sovet Ordusu Hərbi Akademiyasını bitirib və Baş Kəşfiyyat İdarəsi strukturunda işləməyə başlayıb. 2016-cı ilin yanvarında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin İ.Korobovdan əvvəlki rəisi İqor Serqunda vəzifədə olarkən ölüb. Onun ölmü ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəzi məlumatlara görə, İ.Sequn 2016-cı il yanvarın 1-də 58 yaşında Livanda, bir sıra mənbələrə əsasən, isə 2016-cı il yanvarın 3-də Moskva ətrafındakı bağ evində müəmmalı şəkildə ölüb. İ.Sequn 2011-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini təyin edilmişdi.

24saat.org xəbəri “Report”a isindən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button