2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya Baxmuta hücumda ağır itki verən 'Vaqner'i nizami ordu ilə əvəz edə bilər

Müharibəni Öyrənmə İnstitutunun amerikalı analitikləri hesab edirlər ki, Rusiya ordusunun nizami bölmələri, döyüşlərdə tükənmiş “Vaqner” qüvvələrini Baxmuta qarşı hücumda əvəz edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Analitiklər bunu Rusiya Müdafiə Nazirliyi hesabatlarındakı Rusiya qoşunlarının bir neçə aydır Baxmut bölgəsində hava-desant qüvvələrinin hərəkətlərinin artması ilə bağlı məlumatlarla əsaslandırırlar.

Qeyd olunur ki, xüsusən Rusiya həbsxanalarından döyüşlərə cəlb edilən “Vaqner” döyüşçüləri Baxmut ətrafında döyüşlərdə, xüsusən də onun yaxınlığındakı Soledar şəhərinin tutulması zamanı ağır itkilər veriblər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik hesabatında Baxmut və əlavə olaraq Donetskin cənub-qərbindəki Vuhledar şəhərinə edilən hücumların dəf edildiyi vurğulanır.

Bu arada Ukrayna Prezidendi Volodimir Zelenski Qəb ölkələrindən daha uzun mənzilli raketlər istəyir

O, xüsusən də Amerikanın ATACMS raketlərinə ehtiyacı olduğunu bildirir. Ukrayna prezidentinin sözlərinə görə, bu, Rusiya tərəfinin Ukrayna şəhərlərini atəşə tutanda özünü cəzasız hiss etməməsi üçün lazımdır.

Zelenski yeni misal kimi şənbə günü Donbassda Konstantinovka şəhərinin atəşə tutulmasını, 3 nəfərin ölümü və 14 nəfərin yaralanması ilə nəticələnən atəşi göstərib.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının şənbə günü axşam saatlarında yaydığı məlumatda Baxmut, Avdeevka və Novopavlovka istiqamətlərini Donbassda gedən döyüşlərin ən amansız yerləri adlandırılıb.

Rusiya ötən ilin fevralında Ukraynaya hücum edib. Hazırda müharibə davam etməkdədir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button