2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya Baxmutu ələ keçirməyə çalışır

Yayımlandı: 14 Fevral 2023 11:22

Moskvanın müharibənin birinci ildönümündə yeni hücum planlaşdırdığı bildirilir

Ukraynanın şərqindəki Baxmut şəhəri güclü artilleriya atəşi ilə üzləşib.

Saytların yığılması Saytlarin yigilmasi

NATO rəhbərliyi Moskvanın işğalının birinci ildönümünə günlər qalmış Rusiyanın böyük, yeni hücumunun başladığı barədə yerli rəsmilərin verdiyi xəbərlərin doğruluğunu dəstəkləyib.

“Reuters”in məlumatına görə, Ukrayna ordusunun rəsmiləri bildiriblər ki, artıq aylardır dözümlü olan ukraynalı müdafiəçilər güclü atəşlər altında qurudan gələn hücumları dəf edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 14-də bildirib ki, ötən sutka ərzində Ukrayna qüvvələri Xarkov vilayətinin bir yaşayış məntəqəsi, Luqansk vilayətinin təxminən 5 yaşayış məntəqəsi və Donetsk vilayətinin Baxmut bölgəsi də daxil olmaqla altı yerə olan hücumlardan müdafiə ediblər.

Ukrayna tabor komandirinin müavini fevraın 13-də bildirib ki, Baxmutdakı mövqelər möhkəmləndirilib və yalnız hərbçilər içəri buraxılıb.

Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko isə deyib ki, Baxmutda təhlükəsiz və ya Rusiyanın atəşi, pilotsuz təyyarələrinin uçuş məsafəsində olmayan bir kvadrat metr ərazi belə yoxdur.

Baxmut Rusiya Prezidenti Vladimir Putin üçün əsas məqsəddir və onun ələ keçirilməsi Rusiyaya Donetsk bölgəsində yeni dayaq və aylarla davam edən uğursuzluqlardan sonra yeganə qələbə qazandıracaq.

Donetsk və Luqansk bölgələri Ukraynanın sənaye mərkəzi olan Donbası təşkil edir və hazırda ora tam nəzarət istəyən Rusiya tərəfindən qismən işğal olunub.

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə jurnalistlərə açıqlamasında bunun yeni hücumun başlanğıcı olduğunu deyib:

“Biz onların necə daha çox əsgər, daha çox silah, daha çox imkan göndərdiyini görürük”.

Rusların Baxmuta hücumuna Vaqner qrupunun muzdluları rəhbərlik edir.

Rusiyanın yeni bombardmanları oradakı vəziyyəti daha da kəskinləşdirib.

Rusiya Müdafiə Nazirliyi qoşunlarının harada olduğunu dəqiqləşdirmədən cəbhə xəttində bir neçə kilometr irəlilədiyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib:

“İşğalçıların Baxmutu mühasirəyə almasına mane olan və cəbhədə əsas mövqelərimizi tutan hər bir əsgərimizə təşəkkür edirəm”.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Ofisi fevralın 13-də bildirib ki, Rusiyanın fevralın 24-dən işğalından bu yana 7199 mülki şəxs həlak olub, 11756 nəfər yaralanıb. Bununla belə, faktiki rəqəmin daha yüksək olduğuna inanılır.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücuma başlayıb. Bunu ölkəni “azifikasiya” və rusdilliləri qorumaq üçün “xüsusi hərbi əməliyyat” adlandırıb.

Avropa Birliyi ölkələri, ABŞ və Ukrayna bunun torpaq zəbtindən başqa bir şey olmadığını düşünür.

Hazırda Ukrayna ərazisini müdafiə edə bilmək üçün daha çox silah istəyir.

Kiyevə müttəfiq olan bir sıra NATO ölkələrinin müdafiə nazirləri mümkün gələcək hərbi yardımı müzakirə etmək bu gün Almaniyada görüşəcəklər.

Görüş ərəfəsində Ukraynanın ali generalı və ABŞ-ın Avropadakı ən yüksək rütbəli ordusunun komandanı telefon danışığında hərbi yardım və təlim məsələlərini müzakirə ediblər.

Ukrayna deyib ki, ona döyüş təyyarələri və uzaqmənzilli raketlər lazımdır.

Stoltenberq təyyarə məsələsinin müzakirə olunacağını gözlədiyini, lakin Ukraynanın hazırda yerdə dəstəyə ehtiyacı olduğunu bildirib.

NATO mənbəsi bildirib ki, Kiyev mərmiləri Qərb ölkələrinin istehsal edə biləcəyindən daha sürətli yandırdığı üçün sursat ehtiyatı üçün hədəfləri artıracaq.

Polşa, Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrində Ukrayna qüvvələrinə ölkənin müdafiəsini gücləndirmək üçün “Leopard 2” və digər müasir döyüş tankları üzərində təlimlər keçirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button