2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Rusiya Belarusun qərb sərhədlərinə iki bombardmançı təyyarə göndərib

Rusiya dekabrın 18-də Belarusun qərb sərhədlərinə iki strateji bombardmançı təyyarə göndərib.

Bu barədə Belarus hakimiyyəti məlumat yayıb. Qərb mediası hər iki təyyarənin nüvə başlıqları daşımaq qabiliyyətinə malik olmasına diqqət yetirir.

Saytların yığılması Saytlarin yigilmasi

Qərb agentliklərinin bildirdiyinə görə, iki Tu-22M3 bombardmançı təyyarəsi həm Belarus, həm də Rusiya hava bölmələrinə təyin edilmiş Su-30SM qırıcılarının müşayiəti ilə patrul həyəta keçirir.

Belarus Müdafiə Nazirliyi iki Tu-22M3 təyyarəsinin uçuşunun təxminən dörd saat davam etdiyini bildirib.

Məlumtda o da vurğulanır ki, son bir ayda bu, Belarus səmasında üçüncü belə patrul missiyasıdır.

Belarus və Avropa İttifaqı arasında münasibətlər son aylarda Belarus-Polşa sərhədinə Yaxın Şərq və Mərkəzi Asiyadan minlərlə miqrantın gəlməsi səbəbindən gərgin olaraq qalır.

Brüssel, miqrantlarla bağlı böhranın Lukaşenka rejimi tərəfindən qəsdən təşkil oluna biləcəyinə diqqət yetirir .

Kiyev isə narahatdır ki, Moskva bu təyyarələrdən Ukrayna ərazisini işğal etməyə qadir olduğu ehtimal edilən qoşunları dəstəkləmək üçün istifadə edə bilər.

ABŞ və onun NATO müttəfiqləri bu yaxınlarda bir neçə dəfə Rusiyaya xəbərdarlıq ediblər ki, Ukraynaya hücum “ağır nəticələrə” səbəb olacaq.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button