2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya bir əməliyyatda azı bir batalyon itirib – Britaniya hərbi kəşfiyyatı

Məlumatda deyilir ki, Rusiya bu əməliyyat zamanı özünün 1000 əsgərdən ibarət batalyon taktiki qrupunu və ponton körpüsünün salınması üçün avadanlığını itirib

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna mayın 12-də ölkənin cənubundakı çayı keçməyə cəhd göstərən Rusiya ordusunun çox sayda canlı qüvvə və hərbi texnikasının məhv edildiyini xəbər verib.

Ukrayna Müdafiə Nazirliyi mayın 13-də Rusiya qüvvələrinin Siverski Donets çayı üzərindən atdığı ponton körpünün dağılmasını və yaxınlıqda yanmış Rusiya tanklarını görüntüləyən fotoları dərc edib.

Britaniaynın Müdafiə Nazirliyi mayın 13-də özünün kəşfiyyat bülletenində Ukrayna qüvvələrinin Rusiya qoşunlarının çayı keçməsinin qarşısını aldığını təsdiqləyib.

Məlumatda deyilir ki, Rusiya bu əməliyyat zamanı özünün əhəmiyyətli “elementlərini” – 1000 əsgərdən ibarət batalyon taktiki qrupunu və ponton körpüsünün salınması üçün avadanlığını itirib.

Bu da qeyd olunur ki, Rusiya qüvvələri bu ərazidə əhəmiyyətli irəliləyişə nail ola bilməyib:

“Döyüşlər gedən ərazidə çayın keçilməsi riskli manevrdir və bu hadisə Ukraynanın şərqində irəliləyişə nail olmaları üçün Rusiya komandirlərinə edilən təzyiqləri göstərir”.

Rusiyanın daha bir gəmisi?

Britaniya MN bildirir ki, Rusiya qoşunları başqa yerlərdəki qüvvələri bu əraziyə gətirsə də, bu istiqamətdə irəliləyə bilməyib.

Ukrayna rəsmiləri isə bildiriblər ki, ölkə silahlı qüvvələri Qara dənizdə də uğur qazanıb. Onların iddiasına görə burada Rusiyanın daha bir gəmisi məhv edilib.

Bu xəbər hələki Rusiya tərəfindən təsdiqlənməyib.

Ukrayna prezidentinin müşavirlərindən Oleksi Arestoviç deyib ki, Rusiyanın “Vsevolod Bobrov” logistika gəmisi zədələnsə də batmayıb.

Arestoviçin sözlərinə görə gəmi Zmeyinı adasına antitəyyarə sistemi gətirməyə çalışırdı.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov mayın 13-də deyib:

“Bu adaya kim nəzarət edirsə, Ukraynanın cənubunda mülki gəmilərin hərəkətini istənilən anda bloklaya bilər. Zmeyinı adası Ukrayna ərazisidir və biz buranı işğaldan geri qaytarmaq üçün nə qədər lazımdırsa döyüşəcəyik. Bu, dəniz ticarət yollarının açılması, bizə silah gətirilməsi və Rusiyanın Dnestryanıda bütün mümkün hərbi əməliyyatlarının qarşısının alınması üçün starteji baxımdan mühüm nöqtədir…”

Xəbər verilir ki, hələ mayın 2-də Ukrayna hətbiyyəsi Zmeyinı adasındakı Rusiya obyektlərinin vurulmasında Bayraktar TB2 dronlarından istifadə olunduğunu təsdiqləyən video dərc etmişdi. Həmin gün Rusiyanın iki Raptor patrul katerinə atəş açılmışdı.

Mayın 10-da InformNapalm könüllülər cəmiyyəti Raptor katerlərindən birinin kapitanı və onun komandanlığı arasında gedən rasiya danışığını dərc edib. Səhihliyi müstəqil mənbələr tərəfindən təsdiq olunmayan səs yazısında katerin kapitanı komandanlıqdan havadan müdafiə istəyir və Bayraktar dronları tərəfindən təqib olunduğunu deyir.

Xəbər verilir ki, bütün may ayı ərzində Ukrayna adadakı obyektlərə və onun ətrafındakı katerlərə zərbələri təkcə dronlarla yox, həm də Su-27 qırıcıları ilə endirib.

Bu hücumlar nəticəsində adadakı Tor zenit-raket qurğusu vurulub. Qırıcıların hücumunu videoya dronlardan birinin çəkdiyi bildirilir.

Başqa bir videoda isə adaya yan almış Rusiya katerlərinin vurulduğu iddia olunur.

24 saat” “
Rusiya bir əməliyyatda azı bir batalyon itirib – Britaniya hərbi kəşfiyyatı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button