2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya bir gündə müharibəyə son Qarabağ savaşına xərclənəndən çox pul itirir 

Ukraynadakı hərbi əməliyyatlara Rusiya gündə 20 mlrd ABŞ dolları sərf edir. Rəsmi rəqəmlər elan olunmayıb, amma müxtəlif kəşfiyyat orqanları, tədqiqat mərkəzləri və konsaltinq xidmətləri əsasən bu məbləğin üzərində dayanırlar. Ukrayna Maliyyə nazirliyinin məlumatına görə isə Kiyev müharibənin hər gününə 335 mln. ABŞ dollarına yaxın pul xərcləyir.

Beləliklə, ekspertlər Ukrayna ilə müharibənin birinci ayının Moskvaya 600 mlrd dollardan da baha başa gəldiyini bildirirlər. Bu, az qala Rusiyanın bütün qızıl-valyuta ehtiyatlarının həcminə bərabər nəhəng məbləğdir. Onu da nəzərə almalıyıq ki, Qərbin sanksiyaları nəticəsində Kreml öz ehtiyatların üçdə ikisinə toxunmaq imkanından məhrumdur. 

Mart ayının sonundan rus ordusu Kiyev və Çerniqov ətrafından çəkilməyə və qüvvələrini Ukraynanın şərqində cəmləşdirməyə başladı. Müdafiə naziri Şoyqu bunu “əməliyyatın birinci mərhələsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirildiyi”, indi isə “qüvvə və imkanları əsas məsələyə – Donbasın tam azad edilməsinə yönəltməyin” lazım gəldiyi ilə izah etdi. 

Saytların yığılması Saytlarin yigilmasi

Amma öz ölkəsinin hüdudlarından kənarda ona inanan olmadı. Ukraynanın və Qərbin hərbi mütəxəssisləri rusiyalı nazirin bəyanatını belə anladırlar: “Kiyev üzərinə geniş cəbhədə hücum iflasa uğradı, bütün Ukraynanı “azad etmək” planı alınmadı, indi Moskva iştahını azaltmağa və yalnız Donetsklə Luqansk vilayətlərini “nasistlərdən” təmizləməklə kifayətlənməyə məcburdur”.  

Lakin hər şeyi pula çevirməyə alışmış iqtisadçılar Şoyqunun sözlərinə başqa məna verirlər: “Rusiya həddən artıq vəsait xərclədiyi müharibənin yükü altında əzilir. Kremlin məsrəfləri azaltmaq üçün cəbhə xəttini daraltmaqdan başqa yolu qalmır. Ukrayna şəhərlərini dağıda-dağıda Rusiya, faktiki olaraq, özünü də müflisləşdirib”.

Bir sıra təhlilçilər müharibənin ilk günlərindən iddia edirdilər ki, Qərb savaşa son qoymağa tələsməməklə, lazımi hərbi tədbirlər barədə qərarları gecikdirməklə hesabını məhz belə nəticənin əldə olunmasına götürüb. Superdövlətlərin rəhbərlərinin həm düşüncə, həm də davranış tərzinə yaxşı bələd olan bir məşhur alimin sözləri yada düşür: “ABŞ bu müharibədə özü savaşmayacaq, ancaq ən sonuncu ukraynalıya qədər savaşacaq”.

Müharibənin uzanması Rusiyanı əldən salır. Moskvaya az-çox real kömək imkanı olan dövlətlərdən heç biri isə onun yanında durmağa həvəs göstərmir. Amma Putin döyüş meydanından evə əliboş dönə bilməz. Müharibənin əsl mərhumiyyətlərini öz üzərində hələ bundan sonra hiss edəcək və uzun müddət sanksiyaların ağırlığına dözməli olacaq xalqına o, heç olmazsa, iki Ukrayna vilayətini qənimət gətirmək istəyir. Ancaq Rusiya prezidenti Ukraynada “xüsusi əməliyyatını” Donetsklə Luqansk vilayətlərini “azad etməklə”, qismən “uğurla” başa çatdıra bilsə belə, öz ölkəsinin gələcəyini artıq ciddi sual altında qoyub. 

Başqa dövlətlərə müharibələr indiyədək neçəyə başa gəlib? 

Tarixdə ən böyük müharibə – İkinci Dünya savaşı iştirakçı-dövlətlərdən azı 1,6 trln ABŞ dolları həcmində xərc tələb edib. O zaman SSRİ müharibəyə gündə orta hesabla 60 mln-dan artıq, Almaniya 100 mln dollaradək pul sərf etməli olub. Rekord xərclər isə müharibəyə gündəlik $130 mln dollardan çox vəsait ayıran Amerika Birləşmiş Ştatlarının öz boynuna düşüb

Amerika 2022-ci ilin mart ayına qədər bütün dünyada “müharibənin ən böyük sponsoru” olaraq qalıb:

  • Vyetnamda müharibəyə xərclər – gündəlik $132 mln;
  • Əfqanıstanda hərbi əməliyyatlara xərclər – gündəlik $300 mln;
  • İkinci İraq hərbi kampaniyasına xərclər – gündəlik $378 mln;
  • Fars körfəzində müharibəyə xərclər – gündəlik 555 mln. 

İndi onun yerini Rusiya tutub.

Bəs 44 günlük Qarabağ müharibəsinə nə qədər vəsait xərclənib?

Azərbaycanın 2020-ci ilin sentyabr-noyabrında sonuncu Qarabağ müharibəsinə nə qədər pul xərclədiyi bizim üçün ayrıca maraq kəsb edir. Bu haqda açıq məlumatlar yoxdur. Mediada əsasən dağıntıların dəyəri, rəqibin hərbi-texniki potensialına vurulmuş ziyanın həcmi barədə rəsmi şəxslərin bəyanatlarına rast gəlinir. Bəzən ekspertlər birbaşa savaşa xərclənən vəsaitin məbləği haqqında da ehtimallarını dərc edirlər. Bu rəqəmlər arasında fərqin böyük olması ekspertlərin istinad etdikləri məlumatın, habelə hesablama zamanı tətbiq olunan metodologiyaların müxtəlifliyi ilə izah edilə bilər. Bununla yanaşı, qeyd etməliyik ki, gətirilən rəqəmlər gündəlik 40-60 mln ABŞ dolları civarında dəyişir. 

24 saat

24 saat” “Rusiya bir gündə müharibəyə son Qarabağ savaşına xərclənəndən çox pul itirir ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button