2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya BMT iclasında Kosovo bayrağına etiraz edib

BMT Təhlükəsizlik Şurasının virtual iclası Rusiya diplomatının etirazına görə bir müddət dayadırılıb.

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski Kosovo nümayəndəsinin müstəqilliyi qismən tanınmış ölkənin bayrağı fonunda çıxışına mane olmağa çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Müxbirlər qeyd edirlər ki, BMT Təhlükəsizlik Şurasının iclaslarında bu sayaq etiraz ilk dəfədir ki, baş verir.

Polyanski öz etirazını bununla izah edib ki, Təhlükəsizlik Şurasının hazırkı üzvlərinin çoxluğu, yəni 15 ölkədən 8-i Kosovonun Serbiyadan müstəqiliyini tanımır.

Diplomat bildirib ki, o şuranın əvvəlcədən planlaşdırlımış iclasında tanınmayan ölkənin bayrağının görünməsinə etiraz edir.

Etiraz iclasın bir saatdan bir qədər az müddətdə dayandırılmasına sıəbəb olub.

Britaniyanın hüquq müşaviri Çanaka Vikremasinqhe Polyansikyə etiraz edərək deyib ki, Təhlükəsizlik Şurasının videokonfransları rəsmi xarakter daşımır.

Türkiyə tanıyır, Azərbaycan yox

İclas bərpa olunduqdan sonra Vyetnamın BMT-dəki səfiri Danq Din Kui deyib ki, virtual fonda keçirilən sessiyanın dayandırılmasına ehtiyac yox idi.

O bildirib ki, bayraq olduğu yerdə qala bilər.

Keçmiş Yuqoslaviyanın bir hissəsi olan Kosovo Respublikasının müstəqilliyi qismən tanınıb.

Priştina Belqraddan müstəqiliyini 2008-ci ildə bəyan edib.

193 ölkədən yalnız 98-i onun müstəqlliyini tanıyıb.

Albaniya, Fransa, Türkiyə və Britaniya Kosovonun müstəqilliyini 2008-ci ildə dərhal tanımış ölkələrdir.

Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna qarşı çıxan Azərbaycan da Kosovonun müstəqilliyini tanımayıb.

Rəsmi Bakının mövqeyinə görə eyni millət öz müqəddəratını yalnız bir dəfə təyin edə bilər.

Kosovonun əhalisi demək olar etnik albanlardan ibarətdir və ayrıca Albaniya dövləti mövcuddur.

Kosovonun müstəqilliyini Serbiyanın yaxın müttəfiqi olan Rusiya, Çin və əksər ölkələr tanımırlar.

24 saat” “Rusiya BMT iclasında Kosovo bayrağına etiraz edib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button