2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya BMT Təhlüəsizlik Şurasının iclas keçirməsini istəyir

Rusiya Ukraynanın Zaporojye atom elektrik stansiyası ilə bağlı yaranmış vəziyyətin müzakirəsi üçün BMT Təhülkəsizlik Şurası iclasının keçirilməsini rica edib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya avqustun 23-də Ukraynanın Zaporojye atom elektrik stansiyası ilə bağlı yaranmış vəziyyətin müzakirəsi üçün BMT Təhülkəsizlik Şurası iclasının keçirilməsini rica edib.

Bu barədə məlumatı Rusiyanın dövlət RIA Novosti agentliyi Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanskiyə istinadən yayıb.

Avropanın ən böyük nüvə elektrik stansiyası mart ayında Rusiya qoşunları tərəfindən zəbt olunub.

Bu stansiya son həftələrdə dəfələrlə atəşə tutulub. Bununla əlaqədar stansiyada qəza baş verə biləcəyindən və 1986-cı ildə Çernobıl nüvə stansiyasındakına bənzər fəlakatin təkrar yaşanacağından ciddi ehtiyatlanmalar var.

Avqustun 22-də ABŞ prezidneti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Britaniyaın baş naziri Boris Conson Zaporojye AES həndəvərindıə hərbi çəkinməyə və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinə stansiyaya mümkün qədər tez giriş verilməsinə çağırıblar.

Dövlət Dumasında müzaklirə

Ukrayna rəsmiləıri deyirlər ki, Rusiya xəbərdarlıqlara məhəl qoymadan ötən gecə bu ərazini yenidən atəşə tutub.

Rusiya parlamenti avqustun 22-də bildirib ki, Zaporojye AES ətrafında yaranmış vəziyyətin müzakirəsi üçün bu həftənin sonunda xüsusi iclas keçirəcək.

Rusiya Dövlət Dumasının rəsmi saytında dərc olunmuş bəyanatda deyilir ki, avqustun 25-də keçiriləcək sessiyanın əsəs məsələsi “Zaporojye AES-in təhlükəsizliyinə yaranmış hədələrdir”.

Rusiya öz qoşunlarının nüvə stansiyasının ərazisində olduğunu inkar etmir, amma bildirir ki, ərazi Ukrayna tərəfindən atəşə tutulr.

Ukrayna bu ittihamları rədd edir.

24 saat” “
Rusiya BMT Təhlüəsizlik Şurasının iclas keçirməsini istəyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button