2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya “Breksit”lə bağlı referendumun nəticələrini saxtalaşdırıbmış – İddia

İngiltərədə Leyboristlər Partiyasının millət vəkili Ben Bredşou rusiyalı hakerlərin Breksit referendumuna müdaxilə etdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Bredşou Suriyadan Avropaya gerçəkləşən miqrant axınının arxasında da Moskvanın durduğunu deyib:

“Rusiyanın kiber hücumla daha nələr törədə biləcəyini hələ də anlamadığımızı düşünürəm. Sadəcə ABŞ-dakı seçkilərə deyil, çox böyük ehtimalla, Breksit referendumuna da müdaxilə ediblər. Bununla bağlı hələlik bir dəlilimiz yoxdur, ancaq bunun olma ehtimalını yüksək qiymətləndirirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasətçi Rusiyanın Avropanı bölmək və zəiflətmək istədiyini bildirib:

“Avropa II Dünya müharibəsindən sonra ən böyük miqrant dalğası ilə üzləşib. Bu dalğa böyük bir planın tərkib hissəsidir. Putin hərbi yolla bacarmadığını kiber hücumla və təbliğatla əldə etməyə çalışır”.

Xatırladaq ki, bu ilin iyun ayında Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,9 faizi Breksitin lehinə, 48,1 faizi isə əleyhinə səs verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button