2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiya bu torpaqları özünə birləşdirəcək

Rusiyanın son 25 ildə Cənubi Qafqazda davamlı siyasət yürüdüb.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına müsahibəsində amerikalı ekspert Ariel Koen söyləyib. Onun sözlərinə görə, Rusiya müxtəlif vasitələrlə ölkənin suverenliyini zədələməyə, hərbi mövcudluğunu artırmağa və özünün rəqibləri olan ABŞ, Türkiyə və İranın qarşısında üstünlüyə sahib olmağa çalışır:

“Gürcüstanın Avropa Birliyi tərəfindən 2008-ci ildə soyuq dəstəklənməsi, Gürcüstan və Qarabağda çox kiçik müşahidə missiyası saxlaması, Ukraynaya hərbi dəstək göstərilməməsi, Cənubi Avropada qaçqın böhranı Avropa Birliyinin öz işinin öhdəsinin elə də yaxşı gəlmədiyini göstərir. ABŞ Obamanın hakimiyyəti dövründə Cənubi Qafqazdakı təhlükəsizliyə böyük ehtiyatla yanaşır. Obama administrasiyası ümid edirdi ki, Rusiya ilə razılığa gələcək, amma Moskva onun ümidlərini Ukrayna müharibəsində məhv etdi. ABŞ-ın Cənubi Qafqaz siyasəti builki seçkilərdə prezidentin kim olacağından asılıdır. Rusiya hələ də Ukrayna, Gürcüstan, Baltikyanı və Türkiyə üçün təhdiddir. Rusiyanın Cənubi Osetiyada keçirmək istədiyi referendum Gürcüstan və Qafqaz üçün böyük destabilizasiya vasitəsinin yaradılmasıdır. Gürcüstanın zəiflədilməyə çalışılması yeni deyil. Kreml Abxaziya və Qarabağa da Osetiyaya verdiyi dəstəyi göstərməklə Cənubi Qafqazda destabilizasiya yaratmağa çalışır. Rusiya eyni yolla Dnestryanı və Donbas, Luqanskı dəstəkləməklə Ukrayna ilə Moldovanı zəiflətmək istəyir. Cənubi Osetiyanın anneksiyası ilə bağlı qərar çoxdan verilib. Bu, sadəcə zaman məsələsidir. Belə ki, Obama artıq vəzifəsini tərk edir və buna görə də Qafqazda avantürizm üçün ən yaxşı vaxt 2016-cı ilin yay-payız ayları olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button