2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiya daha 6 VPN xidmətini bloklayır

Bunlar Hola! VPN, ExpressVPN, KeepSolid VPN Unlimited, Nord VPN, Speedify VPN və IPVanish VPN-dir.

Roskomnadzorun bu barədə məlumatında deyilir ki, “bloklamalardan yan keçən bu xidmətlər qadağan edilmiş informasiya və resurslara çıxış verir və beləliklə də, narkotiklərin, uşaq pornoqrafiyasının, ekstremizm və intihara meylliliyin yayılmasına səbəb olur.

Lakin müstəqil şərhçilər qadağanları Rusiyanın internet üzərində nəzarətini gücləndirməsinin növbəti addımı kimi qiymətləndirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Ruisyanın media gözətçisi bu altı VPN xidmətinin bağlanacağı barədə hələ iyunun axırlarında xəbərdarlıq etmişdi.

O vaxt Rusiyanın müəssisə və təşkilatlarına bu xidmətlərdən istifadə edib-etmədiklərinə dair sorğu göndərilmişdi.

Xəbər verilir ki, bu sorğuya müsbət cavab vermiş 27 müəssisə xidmətdən istifadəni davam etdirə bilər.

İyun ayında Roskomnadzor Rusiyada iki VPN xidmətini – Opera VPN və VyprVPN-i bağlamışdı.

Bunda səbəb həmin xidmətlərin Rusiyanın 2017-ci il tarixli qanunvericilik aktına əməl etməkdən, qadağan olunmuş saytların bloklanması üzrə dövlət informasiya sisteminə qoşulmaqdan imtina etməsi idi.

Çin, Şimali Koreya və…

Avqust ayında Rusiya Bankı Roskomnadzor tərəfindən daha dörd VPN xidmətinin – Psiphon, Tunnelbear, Thunder, Redshield xidmətlərinin bloklanacağına dair xəbərdarlıq etmişdi.

Həmin vaxt Mərkəzi Bank da banklardan öz fəaliyyətlərində istifadə etdikləri VPN xidmətləri barədə soruşmuşdu.

Bu ona görə edilirdi ki, sözü gedən banklar VPN-lərin bloklanması zamanı problemlərlə üzləşməsinlər.

2019-cu ildə Roskomnadzorun tabeçilyində olan Baş Radiotezliklər Mərkəzinə Rusiyada qadağan olunmuş saytların axtarış, VPN və proksi xidmətləri, habelə anonomayzerlərin bloklanmasının izlənməsinə imkan verən avtomatlaşdırılmış sistemin işlənib hazırlanmasını tapşırmışdı.

Bu məqsədlə bağlanmış kontraktın dəyəri 25 milyon rubl və ya 344 min dollar idi.

VPN xidmətlər əsas etibarı ilə hökumətlərin siyasi motivlərlə blokladığı saytlara girişə imkan yaradır.

VPN xidmətlər habelə istifadəçinin təhlükəsiz rabitəsini təmin edir.

Hazırda VPN xidmətlərin ən çox sıxışdırıldığı ölkələr Çin, Şimali Koreya və Birləşmiş Ərəb Əmirlikləridir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button