2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya daha bir savaşda Qərbə məğlub oldu

Ukraynaya qarşı işğalçı hücumla daha da kəskinləşən Rusiya-Qərb geosiyasi qarşıdurmasının əsas cəbhələrindən biri enerji sektorudur. Rusiyanın “Qazprom” neft-qaz nəhəngi Avropanın qaz təchizatının 40 faizə qədərini (ildə 165-170 milyard kubmetr) təmin edirdi və bundan ildə on milyardlarla avro gəlir qazanırdı. 

Rusiya büdcəsinin əsas gəlir mənbələrinin başında inkişaf etmiş ölkələrlə neft-qaz satışı dayanır. 2021-ci ilin statistik məlumatlarına görə, ölkənin karbohidrogen satışından əldə etdiyi 260 milyard dollardan çox vəsaitin əhəmiyyətli hissəsi Qərb şirkətlərinin ödənişlərinin payına düşür. 

Müharibənin başlamasından (24 fevral) sonra 2022-ci ilin birinci yarısında da Rusiya kəskin bahalaşan qiymətlərin fonunda Qərblə neft-qaz alış-verişindən 100 milyard dollardan çox gəlir əldə etmişdi. Nəhəng vəsaitlər, təbii ki, işğal altında olan Ukraynanı və onun müttəfiqlərini ciddi şəkildə narahat edirdi, eləcə də Kremlin Avropa ölkələrini Kiyevə dəstəkdən çəkindirmək üçün enerji amilindən şantaj kimi istifadə etməsi də Avropa İttifaqının səbir kasasını daşırmaq üzrə idi. Üstəlik, Vaşinqton da Avropadakı müttəfiqlərinə Rusiya ilə enerji alış-verişini məhdudlaşdırmaq üçün aramsız təzyiqlər edirdi. 

Saytların yığılması Saytlarin yigilmasi

Nəhayət, apreldə Rusiyanın şantaj alətlərini məhdudlaşdırmaq üçün strateji qərarlar qəbul edildi. Bu ölkədə əvvəlcə neft və neft məhsullarının alışına məhdudiyyətlər qoyuldu, habelə qaz asılılığını azaltmaq üçün sürətli alternativlər arayışına başlandı. İlin ikinci yarısında artıq ortada ciddi nəticələr vardı, Avropa İttifaqı “Qazprom”dan qaz idxalını 15 faizdən çox azaltmağa nail olmuşdu, G-7 formatında əldə olunan ilkin razılaşmaya görə isə dekabrda Rusiyadan qaz alışının qiymətinə limit qoyulmalıdır. 

Qərbin problemin həllinə qısa müddətdə çarə tapmağa yaxın olması Kremli qəzəbləndirdi və enerji şantajını daha sıx şəkildə həyata keçirməyə qərar verdi. Məqsəd Avropada enerji böhranı yaratmaq, iqtisadi tənəzzül və inflyasiyaya nail olmaqla, siyasi hakimiyyətlərin demontajını həyata keçirməkdir. Bu addımlar qismən öz bəhrəsini verib, bir neçə ölkədə kütləvi narazılıqlar (Çexiyada 70 min nəfərlik etiraz mitinqi, İtaliyada hökumət böhranı və s.) baş qaldırdı. Almaniya, Britaniya hökumətləri böyük iqtisadi yardım paketləri həyata keçirməklə əhalini və özəl sektoru üzləşdiyi böhrandan xilas etməyə çalışırlar. 

Nəhayət, Rusiya və Qərb arasında enerji müharibəsi 30 avqustda kulminasiya nöqtəsinə çatdı. “Qazprom” birtərəfli qaydada “Şimal axını 1”-lə təchizatı dayandırdı, qısa müddətdə Avropada qazın svop qiyməti 3500 dolları keçdi. Amma Avropa İttifaqının Kremlin qaz şantajına boyun əyməyəcəyi haqqında bəyanatı, ABŞ, Kanadanın qitəyə davamlı mavi yanacaq göndərməsi, Qətər, Əlcəzair və s. ölkələrlə mübadilənin artırılması bazarda qiymətləri sabitləşdirdi. Sentyabrın sonlarında artıq bazarda qazın bir kubmetri 1720 dollar səviyyəsinə düşdü.

Ötən həftə beynəlxalq birjaları silkələyən daha bir xəbər yayıldı: Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” kəmərləri Baltik dənizinin dibində partladılıb… İsveçin Sərhəd Qvardiyası həftənin əvvəlində “Şimal axını” kəmərlərində qaz sızmasının baş verdiyini aşkarlayıb. Qvardiyanın rəsmisi mediaya deyib ki, İsveç tərəfdə iki, Danimarka tərəfdə daha iki sızma var. “Dördüncü sızma “Şimal axını-2” kəmərində, yaxınlıqdakı “Şimal axını-1”də aşkarlanmış daha böyük dəliyə yaxın yerdədir”, – məlumatda qeyd olunub.

NATO və Avropa İttifaqı sızmaların sabotajla törədildiyini deyib, Avropanın kritik infrastrukturunu qorumaq üçün güclü tədbirlər vəd edib. Şübhəli partlayışlar vaxtı kəmərlərdən heç biri işləməyib, ancaq onlar qazla dolu olub. Sentyabrın 26-da baş vermiş hadisədən bəri qaz Baltik dənizinə sızmaqdadır. İsveç və Danimarka seysmoloqları ərazidə güclü partlayışlar qeydə aldıqlarını deyiblər. İsveç polisi mümkün sabotaj üzrə təhqiqata başlayıb.

Qeyd edək ki, kəmərlərin sahibi “Şimal Axını AG” konsorsiumudur və bütün fəaliyyət və tikinti işləri də bu şirkətə aiddir. Şirkətin ən böyük hissədarı “Qazprom”dur.

Almaniya illik qaz ehtiyacının 26 faizinin böyük hissəsini “Şimal Axını 1” ilə idxal edilir, digər hissəsi isə yerüstü kəmərlər hesabına reallaşdırılır. Almaniya bu kəmərə paralel çəkilən “Şimal Axını 2” layihəsinin həyata keçməsinə razılıq versə də, Rusiyanın Ukraynanı işğal etməsi səbəbindən bu boru xətti ilə enerji nəqli gerçəkləşdirilməyib. Bu kəmərin tikintisi “Qazprom”a 12 milyard avroya başa gəlib.  

Rusiya Prezidenti Vladimir Putin isə sentyabrın 30-da “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara görə Britaniyanı ittiham edib: “Sanksiyalar anqlosakslar üçün kifayət etmədi, onlar indi də terrora keçiblər. İnanmaq çətindir, onların “Şimal axını” beynəlxalq qaz kəmərindəki partlayışları təşkil etdiyi bir faktdır”.

Beləliklə, Rusiyanın Avropaya əsas təzyiq aləti sıradan çıxarılıb. Bu geosiyasi müharibənin enerji cəbhəsində önəmli dönüş nöqtəsi sayıla bilər. Çünki Moskva bu xətlə gələn külli miqdarda vəsaitlər hesabına öz ambisiyalarını həyata keçirməyə çalışır, eyni zamanda daxili sosial sabitliyi saxlaya bilirdi. Şübhəsiz ki, bundan sonra Rusiya üçün çox çətin olacaq… 

Bəs kəmərlərin bərpası texniki baxımdan mümkündürmü? Bəzi ekspertlər bildirirlər ki, kəmərlərin uzun müddət dağılmış vəziyyətdə dənizin dibində qalması onların həmişəlik məhvinə gətirib çıxara bilər. 

Enerji sektoru üzrə mütəxəssis İlham Şaban Pressklub.az-a deyib ki, kəmərlərin bərpası texniki baxımdan mümkündür, amma hələ dəymiş ziyan haqda rəsmi açıqlama yoxdur: “Yəni kəmər necə zədələnib, qaz necə çıxıb və sistemdə nələrin dəyişməsinə ehtiyac var. İkincisi, bu məsələlər gərək rəsmi qaydada təsdiqini tapsın ki, sonra borunu idarə edən şirkət magistral kəmərlərdə təmir işləri ilə bağlı beynəlxalq tender elan etsin”. 

Ekspert kəmərlərin korroziyaya uğrayıb tezliklə məhv olacağı fikri ilə razı deyil: “Çünki boru kəməri daxildən də antikorroziya emal təbəqəsi ilə örtülüb, bu, həm də metan molekullarının boruda daha sürətlə hərəkətini təmin edir. Amma boruya su daxil olarsa və uzun müddət belə qalarsa, təbii ki, korroziya başlayacaq. Bu işləməyən maşının küçədə atılmasına bənzəyir”

Bərpa əməliyyatların mümkünlüyü barədə danışan İlham Şaban bildirir ki, əsas məsələ dəyən ziyanın mürəkkəbliyinin açıqlanmasıdır. “Bundan başqa, hansı əməliyyatların Rusiyaya qarşı sanksiyalara görə həyata keçirilib-keçirilməyəcəyi vacib amildir”, – o vurğulayıb.

İlham Şaban qeyd edir ki, Rusiya və Qərb arasında 1968-ci ildən qurulan qaz ticarəti 2022-ci ildə ildırım sürəti ilə qapanmaya gedir: “25 may 2022-ci ildən Yamal-Avropa (Rusiya-Belarus-Polşa-Almaniya) boru kəməri fəaliyyətini tam dayandırdı. Onun gündəlik buraxıcılıq gücü 90 mln kubmetr qaz idi. Məlum olduğu kimi, 31 avqustdan “Şimal axını1” layihəsi ilə Yamaldan Almaniyaya ötürülən maksimal gündəlik nəql gücü 160 mln kubmetr olan kəmər işləmir. İndi məlum olub ki, Rusiya-Türkiyə-Avropa marşrutlu “Türk axını” kəməri ilə Avropaya gündəlik nəql edilən qaz həcmləri maksimum 43,1 mln kubmetrdən 32 mln kubmetrədək azalıb”.

Onun sözlərinə görə, Ukrayna üzərindən Avropaya nəql həcmləri iyun ayından 42 mln kubmetr ətrafında stabildir, amma vaxt vardı, bu marşrutla gündəlik Avropaya 300-310 mln kubmetrədək qaz nəql edilirdi.

Turqut

24 saat” “Rusiya daha bir savaşda Qərbə məğlub oldu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button