Dünya

Rusiya Dnepropetrovska ‘kütləvi’ dron hücumu endirib

Noyabrın 9-a səhər Rusiya Ukraynanın cənubşərqi Dnepropetrovsk vilayətinə çoxsaylı kamikadze dronları ilə hücum gerçəkləşdirib. Yaralılar var, mülki obyektlərə ziyan dəyib. Bu arada şərqi Donetsk vilayətində və cənubda ağır döyüşlər getdiyi bildirilir.

Vilayət qubernatoru Valentin Rezniçenko Dnepr şəhərində logistika müəssisəsinə zərb endirildiyini, dörd işçinin yaralandığını, onlardan üçünün ağır vəziyyətdə olduğunu deyib.

Vilayətdəki Nikopol rayonu isə Qrad raketləri və ağır artilleriya ilə bombardman olunub. Rezniçenkonun sözlərinə görə, fərdi evlərə, fabrikə, elektrik xəttinə ziyan deyib, ancaq əhalidən xəsarət alan olmayıb. 3 min kv metrdən çox ərazidə yanğın söndürülüb.

Rusiya qüvvələri Dnepropetrovsku, xüsusilə Nikopol, Krivorizki və Sinelnik rayonlarını müxtəlif növ silahlardan atəşə tuturlar.

Prezident Volodimir Zelenski isə Ukraynanın ağır döyüşlər gedən Donetskdə “torpağının bircə santimetrini belə təslim etməyəcəyini” deyib. O, əsgərlərə Donbas regionunda mövqelərini saxladığına görə təşəkkür edib.

Hazırda Donetskdə əsas döyüşlər Baxmut, Soledar və Avdiyevka şəhərləri ətrafında gedir.

“İşğalçılar aşırı yüksək fəallıq göstərirlər – hər gün onlarla hücum gerçəkləşdirirlər”,Zelenski noyabrın 8-də gecə videomüraciətində deyib.

“Qeyri-adi yüksək itkilər verirlər. Amma göstəriş eynidir – Donetsk vilayətinin administrativ sərhədinə doğru irəliləmək. Torpağımızın bircə santimetrini belə verməyəcəyik”, – o vurğulayıb.

Donetsk Moskvanın qanunsuz ilhaqını elan etdiyi Ukraynanın dörd vilayətindən biridir.

2014-cü ildən – Rusiya Krımı qanunsuz ilhaq edəndən bu vilayətdə döyüşlər gedir.

Cənubdakı Nikolayev vilayətində də ağır döyüşlərin getdiyi bildirilir.

Xerson vilayətində isə Rusiya işğalçıları Ukrayna qüvvələrinn əkshücumuna hazırlaşırlar. Xerson Krım vilayətnə yeganə quru yolunun üzərindədir.

Ukrayna ordusu Rusiya qüvvələrini Xersonu talan etməkdə, infrastrukturu dağıtmaqda ittiham edib.

24 saat” “
Rusiya Dnepropetrovska ‘kütləvi’ dron hücumu endirib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Türk həyat yoldaşı üçün torpedo düzəltdi! Frankfurt meri referendumla vəzifəsindən azad edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button