2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Donbasda ‘əhəmiyyətli irəliləyiş əldə etməyib’

Putin münaqişəyə son qoyulmasına çalışan şəxslərə deyib ki, həll perspektivləri görmür

Saytların yığılması Saytlarin yigilmasi

Moskva hərbi hədəfini Ukraynanın şərqinə yönəldəndən kiçik irəliləyişlər əldə edib. Britaniyanın Müdafiə Nazirliyi aprelin 25-də yaydığı hərbi bülletendə belə deyir.

“Rusiya Donbası tam işğal etməyə fokuslanandan bəri kiçik irəliləyişlər əldə edib. Yerində yetərincə logistik və döyüş dəstəyi olmadığından Rusiya əhəmiyyətli dərəcədə irəliləməyib”, – qurum bildirir.

“Ukraynanı Mariuoldakı müdafiəsi isə Rusiya bölmələrinin çoxunu tükəndirib, onların döyüş effektini azaldıb”, – bülletendə vurğulanır.

Blinken və Ostin Kiyevdə

ABŞ-ın Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin isə Kiyevə səfər ediblər. Rusiya isğalına qarşı daha çox silah istəyən Prezident Volodimir Zelenski onlarla görüşüb.

Moskva fevralın 24-də Ukraynanı işğal etməyə başlayandan ABŞ ilk dəfədir bu ölkəyə ən yüksək rütbəli rəsmilərini göndərir. Avropa liderlərindən Britaniyanın Baş naziri Boris Conson, Polşa, Litva, Latviya və Estoniya prezidentləri müharibə dönəmində Kiyevdə olublar.

Vaşinqtonda yerləşən RAND Corp mərkəzinin təhlilçi Bil Kurtney AzadlıqRadiosu-na deyib ki, bu səfər Bayden administrasiyasının “Zelenskiyə və Ukraynaya şəxsi dəstəyini göstərir”, eyni zamanda “Kiyevin xarici liderlər üçün kifayət qədər təhlükəsiz olmasına inam yaradır”.

Ağır artilleriya

Müharibənin ilk günlərində Kiyevi tutmağa çalışan Rusiya qüvvələri paytaxtı atəş altında saxlayıb, yüzminlərlə insan şəhərdən qaçmalı olub. Amma sərt müqavimətlə üzləşən Rusiya geri çəkilib.

Hazırda Kreml Ukraynanın şərqi Donbas regionunu tam tutmağa çalışır. 2014-cü ildə Krımı ilhaq edən Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb.

Ukrayna müharibənin böyük çöllərdə baş verəcək yeni fazası üçün Qərbdən ağır artilleriya istəyib.

Sülh danışıqlarından əl çəkən Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisindən mümkün qədər çox tutmağa çalışır. “Financial Times” bunu Rusiya prezidenti ilə söhbətlərdən xəbərdar üç nəfərə istinadla aprelin 24-də yazıb.

Putin münaqişəyə son qoyulmasına çalışan şəxslərə deyib ki, həll perspektivləri görmür, qəzet yazıb.

24 saat” “
Rusiya Donbasda ‘əhəmiyyətli irəliləyiş əldə etməyib’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button