Loading...
Loading...
Dünya

Rusiya Donbasda hücumun fəallığını artırır

Bu barədə məlumatı aprelin 27-də Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik verib

Rusiya Ukraynanın Donbas regionunda hücumlarının sürət və intensivliyini artırıb.

Bu barədə məlumatı aprelin 27-də Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik verib.

Onun sözlərinə görə Rusiya qoşunları bütün istiqamətlərdə atəşi şiddətləndiriblər.

Ən fəal döyüşlər Xarkov və Donbas vilayətlərində gedir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə Rusiya qoşunlarının əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin ərazisini tam nəzarətə götürmək olaraq qalır.

Putin məhz bu ərazidə iki qondarma separatçı qurumun – Donets və Luqansk “xalq respublikalarının” müstəqilliyini tanıyıb.

Mühasirə cəhdləri

Rusiya qoşunları habelə mühasirədə olan Mariupol limanı istiqamətində Krımla birbaşa quru yolu açmağa çalışır.

Rusiya burada Azov dənizinin sahil zolağını ələ keçirsə də, quru dəhlizi açmağa nail olmayıb.

Bu ərazinin bir hissəsi hələ də Ukrayna silahlı qüvvələrinin nəzarətindədir.

Cəbhə xəttindən alınan məlumatlara görə Rusiya qüvvələri Donbasdakı – Slavyansk, Kramatorsk və Severedonetsk şəhərlərində Ukrayna qüvvələrini mühasirəyə almağa çalışır.

Rusiya qüvvələri habelə şimaldan – Xarkov vilayətindən və cənubdan – Zaporojyadan hücumlar edir. Buna baxmayaraq Rusiya qüvvələrinin irəliləyişi böyük olmayıb. Onlar bir ay ərzində yalnız 20-30 kilometr irəliləyə biliblər.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə Rusiya qoşunlarının Nikolayev və Krivoy Roq istiqamətində döyüş əməliyyatlarını fəallaşdıracağı gözlənilir.

Ukraynanın sürətli əks-həmlələri

Qərb mənbələrinin verdiyi məlumata görə Rusiya ordusu Donbas istiqamətində az da olsa irəliləyir. Rusiya qoşunları bir neçə əraziləri ələ keçirə bilsələr də, Ukrayna qoşunlarının qızğın müqaviməti ilə üzləşir.

Qərb rəsmiləri bunu da bildirirlər ki, Donbasda Rusiyanın hücum əməliyyatlarına leysan yağışları mane olur.

Bu da qeyd olunur ki, Rusiya qüvvələri yoldan uzaqda döyüşməməyə çalışırlar.

Bəzi xəbərlərə görə Ukrayna qüvvələri sürətli əks-hücum əməliyyatları keçirir və bu, çox vaxt düşmən buna hazırlaşmağa macal tapmamış baş verir.

Bununla belə Rusiya bu istiqamətlərdə qoşun kəmiyyətinə görə üstünlüyə malikdir və bu amil qarşıdakı döyüşlərdə həlledici ola bilər.

Ekspertlər də bildirirlər ki, qarşıdan gələn bir neçə həftə hərbi üstünlük baxımından həlledici olacaq.

24 saat” “
Rusiya Donbasda hücumun fəallığını artırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bosniyalı zorlama qurbanlarının ukraynalı qadınlara məsləhəti

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button