2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya dopinq dindirməsi istəyir

Rusiya İstintaq Komitəsi ölkənin dopinq laboratoriyasının keçmiş rəhbərini dindirmək istəyir. Bunu komitənin sözçüsü Vladimir Markin cümə günü Vesti FM radiosuna deyib.

Laboratoriyanın keçmiş rəhbəri Grigory Rodchenkov iddia edir ki, 2014-cü il Soçi Olimpiadasında idmançıların dopinqli analizləri təmizlərlə əvəzlənib, atletlər hökumətin nəzarəti altında dopinq qəbul ediblər. Rodchenkov “New York Times” qəzetinə deyib ki, Rusiya təhlükəsizlik xidmətinin əməkdaşları bildiyi şəxslər ona kömək ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Rusya rəsmiləri dopinq problemini etiraf etsə də, hökumətin buna dəxli olmadığını bildirir.

Markin Rodchenkov-un dediklərini ABŞ-ın “ölkəmizə qarşı gözdənsalma kampaniyasının tərkib hissəsi” adlandırıb.

Rusiyanın İdman naziri Vitaly Mutko bu iddiaları “səfehlik” saydığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button