2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Ermənistana 1000 desant göndərir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin növbəti təlimi Ermənistanda olacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Desant Qüvvələri komandanının müavini Aleksandr Vyaznikov söyləyib. Onun sözlərinə görə, Rusiya Hərbi Desant Qüvvələri bu təlimdə də iştirak edəcəklər.

O, Ermənistandakı təlimə 1000-dən çox Rusiya hərbçisinin qatılacağını bildirib.

Qeyd edək ki, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin Qarşılıqlı Fəaliyyət–2016 hərbi təlimi keçirilib. Təlim Rusiyanın Pskov vilayətində baş tutub. Hərbi təlim avqustun 19-na qədər davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button