2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Ermənistanı Cənubi Qafqazdaəsas müttəfiq adlandırıb

Rusiya Ermənistanı Cənubi Qafqazda əsas müttəfiq hesab edir. Bunu ötən gün İrəvanda Ermənistanın müdafiə naziri Vigen Sarqsyanla görüşü zamanı Rusiyanın müdafiə nazirinin müavini Ruslan Tsalikov bildirib.

R.Tsalikov Rusiya MN rəhbəri Sergey Şoyqunun adından Ermənistan milli ordusunun yaranmasının 25 illiyi münasibəti ilə V.Sarqsyanı təbrik edib.

“Bu müddət ərzində respublikada regiondakı hərbi təhlükəsizliyə mövcud təhdidlərə effektiv müqavimət göstərməyə, Ermənistanın müdafiə qabiliyyətini və mühafizəsini yüksək səviyyədə təmin etməyə qadir silahlı qüvvələr yaradılıb. Ermənistanı Cənubi Qafqazda müttəfiq və əsas tərəfdaş hesab edirik”, – deyə R.Tsalikov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Sarqsyan bayram tədbirlərində qatılmaq  üçün ölkəyə səfər etməsinə görə Rusiya nümayəndə heyətinə təşəkkür edib.

“Bu bizim üçün çox vacibdir. Mən ümid edirəm ki, əldə olunan razılaşmalar, 2017-ci ilin tədbirlər planında əks olunan məsələlər vaxtında reallaşdırılacaq”, – deyə Sarqsyan bildirib.     (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button