2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya Ermənistanı işğalçı elan etdi: İrəvana iki DİPLOMATİK ZƏRBƏ

Ermənistan mediası Sarkisyan rejiminin diplomatik uğursuzluqda ittiham edib.

“armenianreport” saytında Tevos Arşakyanın imzası ilə yayımlanan məqalədə rəsmi Bakının diplomatiyası Ermənistan hakimiyyətinə nümunə olaraq göstərilir.

Müəllif yazır ki, 2017-ci ilin başlanğıcında Ermənistan diplomatiyası iki dağıdıcı məğlubiyyətlə üzləşdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Birinci məğlubiyyət Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Çoxları Lavrovun Bakıya qarşı çıxış etdiyini deyir və bunu İrəvanın qələbəsi kimi təqdim edir. Halbuki, Lavrov “işğal edilmiş ərazilər qaytarılmalıdır” deməklə Ermənistanın işğalçı olduğunu elan etdi. Yəni, bizim strateji müttəfiqimiz Rusiya bizi işğalçı hesab edir. Bəs Eduard Nalbandyan nə iş görür, hara baxır?! O heç nə etmir. Bizim Xarici İşlər Nazirliyimiz ağzına su alıb oturub, Lavrovun sözlərinə heç bir reaksiya vermir. Mən Azərbaycanı nümunə göstərmək istəmirəm, amma buna məcburam. Lavrovun “Qarabağ Azərbaycanın daxili işi deyil” sözlərinə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dərhal reaksiya verdi və açıq-aşkar qəzəbini göstərdi. Göründüyü kimi, Bakı Lavrova cavab verəcək, Rusiya qarşısında öz maraqlarını müdafiə edəcək qədər cəsarətə malikdir, İrəvan isə yox”.

Erməni müəllif İrəvanın diplomatiyasının ikinci məğlubiyyəti kimi Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya və İsrail vətəndaşlığına malik Aleksandr Lapişinin həbs edilməsi hadisəsini göstərib.

“Bakının tələbi ilə o Belarusda həbs olundu, sonra Azərbaycan prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapişin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu. Hərçənd, hansı addımdan danışmaq olar? Nalbandyan Sarkisyanın yaxın silahdaşıdır və o, erməni siyasətinin toxunulmaz inəyidir. Əsas Ermənistan maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir”, – deyə məqalədə bildirilir.

publika.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button