2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiya Federasiyası və Azərbaycan arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin məzmunu

Bakı/22.02.22 Rusiya və Azərbaycan ikitərəfli münasibətləri yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışır, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir və çoxqütblü dünyanın formalaşmasının vacibliyini qeyd edir.

Bu barədə fevralın 22-də Moskvada prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin preambulasında deyilir.

Bəyannamədə 43 bənd var ki, onlardan birincisi müttəfiqlərin qarşılıqlı fəaliyyətindən, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən, sərhədlərin toxunulmazlığından bəhs edir.

Saytların yığılması Saytlarin yigilmasi

Sənədin qalan hissəsində deyilir:

Tərəflər münaqişələrin qarşısının alınması və həllində BMT və BMT Təhlükəsizlik Şurasının və ATƏT-in mərkəzi rolunun daha da gücləndirilməsinə xüsusi əhəmiyyət verirlər.

Tərəflər Qafqaz və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.

Tərəflərdən birinə təhlükə yaranarsa, tərəflər təcili məsləhətləşmələr aparırlar.

Tərəflər onların strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.

Tərəflər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verəcəklər.

Rusiya və Azərbaycan öz ərazilərində digərinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə yatırırlar.

Tərəflər hərbi-siyasi əməkdaşlığı inkişaf etdirir və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni dərinləşdirir, müasir silah və hərbi texnika ilə təchiz etmək, hərbi təyinatlı məhsulların birgə istehsalını təşkil etmək niyyətindədir.

Rusiya və Azərbaycan BMT Nizamnaməsi əsasında bir-birinə hərbi yardım göstərməyi nəzərdən keçirə bilər.

Tərəflər üçüncü dövlətlər də daxil olmaqla, bir-birinə qarşı yönəlmiş istənilən hərəkətdən çəkinirlər.

Tərəflər beynəlxalq terrorizm, ekstremizm və separatizmlə mübarizədə qüvvələrini birləşdirir,

Rusiya və Azərbaycan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş Tərəflərin Xəzər dənizində fəaliyyətinin bütün prinsiplərinin, sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının həyata keçirilməsinin vacibliyini bir daha təsdiqləyirlər.

Rusiya və Azərbaycan digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətdən çəkinirlər.

Rusiya və Azərbaycan iqtisadi əlaqələrin bütün sahələrdə inkişafı üçün bütün tədbirləri görür və qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni təşviq edəcəklər.

Tərəflər yanacaq-energetika sektorunda, o cümlədən neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığı dərinləşdirmək, enerji resurslarının nəqli, o cümlədən səmərəli infrastruktur layihələrinin işə salınması niyyətindədirlər.

Tərəflər informasiya və telekommunikasiya sahəsində, eləcə də informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı  inkişaf etdirəcəklər

Tərəflər iki ölkə xalqlarının mənəvi və mədəni yaxınlığının qorunub saxlanmasına hər cür töhfə vermək niyyətindədirlər. -02D-

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button