2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiya gəmisi Ukrayna taxılını oğurlamaqda şübhəli bilinib

Yayımlandı: 4 İyul 2022 16:14

Türkiyə gömrük orqanları məsələni araşdırdıqlarını deyiblər

Ukraynanın Türkiyədəki səfiri iyulun 3-də Rusiyaya məxsus gəminin saxlanıldığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Səfir bildirib ki, Türkiyə gömrük orqanları Rusiyaya məxsus yük gəmisini Ukrayna taxılını oğurlmaqda şübhəli biliblər.

Ukrayna bir neçə gün öncə Türkiyədən Rusiya bayraqlı “Jibek Zholy” yük gəmisini saxlamağı xahiş edib.

Reuters” müxbirləri “Jibek Zholy” gəmisinin iyulun 3-də sahildən təxminən 1 km aralıda və Karasu limanından kənarda lövbər saldığını, göyərtəsində və ya yaxınlıqdakı digər gəmilərin heç bir açıq-aşkar hərəkət əlaməti olmadığını görüblər.

“Bizim tam əməkdaşlığımız var. Gəmi hazırda limanın girişində dayanıb. Gəmini Türkiyə gömrük orqanları saxlayıb”, – deyə səfir Vasil Bodnar Ukrayna televiziyasına bildirib.

Bodnar gəminin taleyinin iyulun 4-də müstəntiqlərin iclasında həll olunacağını və Ukraynanın taxılın müsadirəsinə ümid etdiyini vurğulayıb.

Ukrayna Rusiyanı fevralın sonunda Moskvanın işğalı başlayandan bəri Rusiya qüvvələrinin ələ keçirdiyi ərazilərdən taxıl oğurlamaqda ittiham edib.

Kreml daha əvvəl Rusiyanın hər hansı Ukrayna taxılını oğurladığını təkzib edib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi, Ukraynanın dəniz administrasiyasının məlumatlarına istinadən iyulun 1-də “Reuters” Agentliyinə bildirib ki, 7146 dwt gücündə “Jibek Zholy” Ukraynanın cənubunda Rusiyanın işğalı altında olan Berdyansk limanından təxminən 4500 ton Ukrayna taxılının ilk yükünü yükləyib.

Bölgənin Sakarya liman idarəsindən şərh almaq mümkün olmayıb.

Türkiyə Xarici İşlər Nazirliyi şərh sorğusuna dərhal cavab verməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button