2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Rusiya “günah keçisi” vəziyyətinə düşüb”

Lavrov iki günlüyə Bakıya gəldi və getdi. Rəsmi olaraq, XİN rəhbərinin səfəri Rusiyanın Ukraynaya hücumundan iki gün əvvəl Əliyev və Putinin Moskvada imzaladıqları “müttəfiqlik sazişi”nin ildönümünə həsr olunmuşdu. Lakin üstündən bir il keçməsinə baxmayaraq, bu sənəd hələ də Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunmayıb, yəni, hüquqi qüvvəsi yoxdur.

Bəs Rusiya XİN rəhbərinin hazırkı səfərinin əsl məqsədi nə idi?

Bəzi müşahidəçilər buna o qədər də önəm verməyə meylli deyillər. Onlar deyirlər ki, Rusiya indi beynəlxalq təcrid vəziyyətindədir və istənilən yüksək vəzifəli şəxsi istənilən ölkəyə “yüksək” səviyyədə səfərə göndərmək imkanından məmnundur. Lavrov da Rusiyanın böyük beynəlxalq və diplomatik əhəmiyyətini var gücü ilə təsvir etmək üçün hazırda Afrikanı və Asiyanı dolaşır. Əslində isə o əhəmiyyət artıq yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Digərləri isə bu səfərin səbəbsiz olmadığını düşünürlər. Bu yaxınlarda Münhendə Blinkenin vasitəçiliyi ilə Əliyevlə Paşinyan arasında danışıqlar aparıldı. Əliyev orada birmənalı olaraq Laçın dəhlizinin girişində sərhəd-keçid məntəqəsinin quraşdırılmasının mümkünlüyündən danışdı. Münhen görüşündən sonra Moskvanın adamı olan Ruben Vardanyan “DQR hökuməti”ndəki “dövlət naziri” postundan uzaqlaşdırıldı və bundan dərhal sonra nümayişkaranə şəkildə rəsmi Bakının nümayəndələri ilə Qarabağın erməni icması arasında danışıqlar bərpa olundu. Necə deyərlər, Kremlin narahatlığına əsas var.

Ceyhun Bayramovla Sergey Lavrovun görüşündən sonra Bakıda keçirilən yekun mətbuat konfransında verilən bəzi açıqlamalar diqqəti cəlb edir.

“Laçın dəhlizinin rejimi üç tərəfin imzaladığı sənədlərə uyğun olmalıdır və o, yalnız mülki və humanitar yüklər üçün istifadə edilməlidir”, – Rusiya XİN rəhbəri bildirib.

“Biz sülhməramlı kontingentin vasitəçiliyi ilə tərəflərlə təmaslarımız zamanı buna nail olmağa çalışırıq. Orada keçid məntəqələrinin yaradılması nəzərdə tutulmur. Lakin texniki vasitələrlə bu yolda nələrin daşınması ilə bağlı mövcud olan şübhələri aradan qaldırmaq olar”, – deyə Lavrov bildirib.

Bundan sonra C.Bayramov danışıb: “O ki qaldı Azərbaycan hakimiyyətinin, Azərbaycan vətəndaş cəmiyyəti fəallarının haqlı tələblərinə, onlar yerinə yetirilməlidir. Bunun üçün müxtəlif mexanizmlər var ki, onlardan biri də Sergey Viktoroviçin artıq qeyd etdiyi əlavə texniki nəzarətdir”.

Onun sözlərinə görə, bütün sualların aradan qaldırılması üçün Bakı Ermənistan və Azərbaycan sərhədinin hər iki tərəfində sərhəd-keçid məntəqələrinin yaradılmasını təklif edib. “Azərbaycan Prezidenti belə bir təkliflə Münhen Təhlükəsizlik Konfransı zamanı çıxış edib. Bu addım şəffaflığı təmin edəcək və gərginliyi aradan qaldıracaq”, – Bayramov bildirib.

Yəni, ən azı sərhəd-keçid məntəqəsinin yaranma ehtimalı məsələsində Bakı və Moskvanın fikirləri açıq şəkildə fərqlənir və bunu hər iki tərəf təsdiqləyib.

Maraqlıdır, Lavrovun prezident Əliyev və nazir Bayramovla görüşləri zamanı tərəflər nə haqda danışıblar və nə barədə razılaşma əldə ola bilərdi? Qarabağ ətrafındakı yaranmış indiki vəziyyətdə Moskvanı nə qane edə bilər? Bakı nədə israr edə bilər? Yəni bu səfərin mənası, əhəmiyyəti, gözlənilən nəticələri nədən ibarətdir?

Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb.

O, hesab edir ki, Lavrovun səfərinin əsas məqsədi status-kvonu saxlamağa çalışmaq olub.

“Ruslara indi heç bir halda dəyişiklər lazım deyil. Fikrimcə, indi Moskvaya uyğun gələn yeganə həll yolu 2020-ci ilin dekabrına olan status-kvodur. O zaman moskvalılar Qarabağda möhkəmləndilər və heç nə onların statusu və regionda qalmaları ilə bağlı çətinliklərdən xəbər vermirdi.

Amma məlum hadisələrdən sonra bəlli oldu ki, belə bir status uzun sürməyəcək və mən deyərdim ki, onu dəyişdirmək lazımdır. Yəni, rusların qərarların qəbuluna təsir edən amil kimi Cənubi Qafqazda uzun müddətə möhkəmlənməsi ssenarisi tam həyata keçirilməyib.

Burada, əlbəttə, Rusiyanın bir çox səhvləri var – öz hərəkətləri ilə istisnasız olaraq bütün aktorlarla münasibətləri korlayıb və “günah keçisi” vəziyyətinə düşüb.

Amma əsas səbəb təbii ki, Rusiyanın Ukraynaya təcavüzü və bu regionda hərbi resurslardan öz istəyinə uyğun istifadə edə bilməməsidir.

Mən hazırkı danışıqlarda irəliləyiş üçün heç bir şans görmürəm. Çünki indi heç kim birmənalı olaraq Moskvaya arxalanmaq niyyətində deyil. Digər şərtlər hələ yetişməyib”, – deyə siyasi təhlilçi yekunlaşdırdı.

Rauf Orucov

The post “Rusiya “günah keçisi” vəziyyətinə düşüb” appeared first on 24 saat.

24 saat” ““Rusiya “günah keçisi” vəziyyətinə düşüb”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button